Mobil versiya
Naxçıvanda istehlakçılara nə qədər ƏDV məbləği qaytarılıb?
Tarix: 24-10-2025 | Saat: 09:51
Bölmə:İqtisadiyyat | çapa göndər

Naxçıvanda istehlakçılara nə qədər ƏDV məbləği qaytarılıb?


Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,3 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.

Bu barədə aia.az Naxçıvanın iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

"Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 9 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur", - məlumatda vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025