Mobil versiya
Qarabağda şiddətli döyüşlər başlanır - Təcili
Tarix: 22-09-2016 | Saat: 11:56
Bölmə:Manşet | çapa göndər

Qarabağda şiddətli döyüşlər başlanır - Təcili


Cəbhə xəttində müharibəyə hazırlıq gedir. Azərbaycan və Ermənistanın silah nümayişlərinin ardınca müdafiə nazirimizin generallarla toplantısı vəziyyətin ciddiliyindən xəbər verir. Özü də bu yığıncaq birbaşa prezidentin tapşırığı ilə olub. Zakir Həsənov hamını düşməni məhv etmək üçün hazır olmağa çağırıb.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, müharibənin başlanacağı qaçılmazdır.

Aprel savaşından sonra danışıqların nəticəsiz qalması və Rusiyanın 5 rayonun qaytarılmasında təşəbbüskarlığı göstərir ki müharibə alovlanacaq.

Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.

Prezident İlham Əliyev təqdimatda iştirak edib. "Zərbə" pilotsuz döyüş sistemləri İsrailin "Elbit Systems" şirkəti ilə birlikdə istehsal olunur.

Bunlar aprel döyüşlərində ilk dəfə tətbiq olunan "Harop" pilotsuz döyüş aparatlarının analoqudur. Ermənistanda isə formal müstəqilliyinin 25 illiyi münasibətilə bu gün İrəvanda keçirilən hərbi paradda gözlənildiyi kimi Rusiyadan alınan “İsgəndər-M” operativ-taktiki raketləri və “Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024