Mobil versiya
Gürcüstanın baş naziri ölkənin Rusiya ilə münaqişəyə cəlb olunma riskini qiymətləndirib
Tarix: 18-12-2023 | Saat: 17:29
Bölmə:Özəl | çapa göndər

Gürcüstanın baş naziri ölkənin Rusiya ilə münaqişəyə cəlb olunma riskini qiymətləndirib

Gürcüstan Rusiya Federasiyası ilə düşmənçilikdən qaça bildi, onun təhlükəsi kifayət qədər real idi, lakin müvafiq risklər tam zərərsizləşdirilmədi. Bunu bazar ertəsi, dekabrın 18-də baş nazir İrakli Qaribaşvili hökumətin gördüyü işlər haqqında illik hesabatı ilə çıxış edərkən bildirib.“Gürcüstanın müharibədə iştirak riskləri tam zərərsizləşdirilməyib”, - deyə siyasətçi bildirib.

Qaribaşvili vurğulayıb ki, dövlət daxilində fəaliyyət göstərən o radikal qruplar Gürcüstanı Rusiya ilə münaqişəyə sürükləməkdə birbaşa maraqlıdırlar.

“İnterfaks” xəbər verir ki, Gürcüstan hökuməti başçısının sözlərinə görə, ölkə rəhbərliyi ilk növbədə milli maraqlara və gürcü xalqının maraqlarına əsaslanan həyata keçirilən siyasət sayəsində bu cəhdlərə müqavimət göstərə bilib. Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitinə ikigünlük səfərinin yekunlarına dair jurnalistlərlə söhbəti zamanı bildirib ki, Rusiya Federasiyası ilə Gürcüstan arasında münasibətlər rəvandır, üstəlik, ölkələrin paytaxtları bu məsələdə maraqlıdırlar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə