Mobil versiya
İraqın Ayn Əl-Əsəd bazasındakı ABŞ qüvvələri yeni pilotsuz təyyarə ilə hücuma məruz qalıb
Tarix: 15-12-2023 | Saat: 18:03
Bölmə:Özəl | çapa göndər

İraqın Ayn Əl-Əsəd bazasındakı ABŞ qüvvələri yeni pilotsuz təyyarə ilə hücuma məruz qalıb

İraqdakı İslami Müqavimət Təşkilatı bildirib ki, onun pilotsuz təyyarəsi Vaşinqtonun Qəzzada İsrailin soyqırımında iştirakına cavab olaraq, ABŞ-ın İraqın qərbindəki Ayn Əl-Əsəd aviabazasını vurub.

Cümə axşamı gecəsi baş verən hücumda itkilər barədə dərhal məlumat verilməyib.

Bu, İsrailin vəhşiliklərinə verdiyi dəstəyə görə İraq və Suriyadakı ABŞ bazalarına qarşı silsilə hücumların sonuncusudur. ABŞ qüvvələrinə qarşı belə hücumların çoxunu İraqda İslami Müqavimət bayrağı altında fəaliyyət göstərən qruplar öz üzərinə götürüb.

Cümə axşamı müqavimət qüvvələri Suriyanın şimal-şərqindəki Əl-Həsəkə əyalətindəki ABŞ hərbi bazasına pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Cümə axşamı səhər saatlarında müqavimət döyüşçüləri Suriyanın Deyr əz-Zəvr əyalətindəki Koniko qaz yatağındakı ABŞ hərbi bazasını da hədəfə alıblar. Bundan bir neçə saat əvvəl onlar Suriyanın Əl-Tənf və Əl-Rukban bölgələrindəki ABŞ hərbi bazalarını da hədəfə alıblar.

ABŞ müdafiə rəsmiləri deyirlər ki, İraq və Suriyadakı Amerika bazaları oktyabrın 17-dən bu yana 100-ə yaxın hücuma məruz qalıb və nəticədə onlarla Amerika hərbçisi yaralanıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə