Mobil versiya
Şəhidlər- ölməzlik timsalı
Tarix: 15-12-2023 | Saat: 15:20
Bölmə:Özəl | çapa göndər

Şəhidlər- ölməzlik timsalı

 Masallı rayon Mərkəzi Kitabxanasında doğma Azərbaycanımızın hər qarışını əziz bilib, onun uğrunda canından keçən şəhidlərlə bağlı vaxtaşırı tədbirlər təşkil olunur. Növbəti belə tədbir düşmənə qarşı son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlar Ramiz Cəfərov və Vüsal Məhərrəmovun doğum günlərinə həsr olunmuşdu.
Tədbir ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda qan tökən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən polkovnik-leytenant Ramiz Cəfərov və Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Məhərrəmovun həyat və döyüş yolu haqqında ətraflı məlumat verən kitabxananın əməkdaşı R. Dadaşov onu da bildirdi ki, xalqımıza 30 ildən sonra qələbə sevincini yaşadan belə qəhrəman Vətən oğulları bizim iftixar mənbəyimiz və qürur yerimizdir. Onların axıtdığı qanla indi Qarabağımız canlanır, Vətən yaşayır. Şəhid qəhrəmanları hər zaman yad etmək, xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcudur.
Sonra kitabxananın digər əməkdaşı R. İsmayılov məruzə ilə çıxış etdi. Vurğuladı ki, Vətənimizin ərazi bütövlüyünün bərpasında qəhrəman şəhidlərimiz canını fəda edərək mənfur düşmənin layiqli cavabını veriblər.
10 dekabr 1974-cü ildə Donetsk vilayətində təvəllüd tapan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Ramiz Cəfərov tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl, Şuşa rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. Müharibə meydanında olduğu 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, eləcə əlverişli mövqelərin, strateji nöqtələrin azad edilməsi uğrunda mərdlik göstərib. Noyabrın 6-da Şuşa istiqamətində düşmən gülləsinə tuş gəlib. Ölümündən sonra Ramiz Cəfərova “ Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda”, Cəbrayılın, Şuşanın azadlığına görə medallarına layiq görülüb.
Vüsal Məhərrəmov 10 dekabr 1979cu ildə Masallının Hişkədərə kəndində dünyaya göz açıb. Kənd orta məktəbi əla qiymətlərlə bitirib, 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Azərbaycan Ordusunu leytenantı İkinci Qarabağ müharibəsində Şuşa İstiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Bir müddət sonra doğma kəndində torpağa tapşırılıb. Ailəli idi. İki oğlu yadigar qalıb.
Ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə