Hindistan məhkəməsi məscidin məbədin üzərində tikilib-inşa edilmədiyini təsdiqləmək üçün onun müayinəsinə icazə verir
Tarix: 15-12-2023 | Saat: 13:38
Bölmə:Özəl | çapa göndər
Hindistanda bir məhkəmə 17-ci əsrə aid məscidin hindu məbədi üzərində tikilib-inşa edilmədiyini müəyyən etmək üçün araşdırmaya icazə verib.
Cümə axşamı, Allahabad məhkəməsi Uttar Pradeş ştatının Mathura şəhərindəki Şahi İdgah məscidində məhkəmə tərəfindən təyin edilmiş və nəzarət edilən vəkil komissarı tərəfindən aparılan araşdırmaya səs verdi.
Qərar, məscidin Tanrı Krişnanın doğulduğu yerdə olduğunu iddia edən ifrat sağçı ekstremist qrupların müraciətlərinə cavab olaraq verilib.
Ekstremistlər məscidin Muğal İmperatoru Aurangzebin hakimiyyəti dövründə söküldüyü iddia edilən hindu məbədinin üstündə tikildiyini iddia edirlər.
Məscidə qarşı hərəkətin əleyhdarları 1991-ci il tarixli “İbadət yerləri haqqında” qanuna istinad edirlər, hansı ki, 1947-ci il avqustun 15-də – Hindistan Hindistan və Pakistana parçalananda olduğu kimi, hər hansı ibadət yerinin dini statusunu qoruyur.
1968-ci ildə həm məbəd tərəfi, həm də məscid tərəfi ümumi 13,37 hektar ərazinin 10,9 hektarının məbədin mülkiyyətinə, 2,5 hektarının isə məscidə aid olacağına dair razılaşma imzalamışdı.
İndi məbədin tərəfi iddia edir ki, mübahisəli torpaq sahəsinin hamısı - təxminən 13,37 akr - ona məxsusdur və məscid sökülməlidir.
Son illərdə hinduların müqəddəs məkanlarına bitişik tikilən məscidlərlə bağlı mübahisələr hindu ekstremistlərinin müsəlmanların ibadət yerlərinin hindu məbədləri olduğunu iddia etmələri ilə güclənib.
Şahi İdgah məsələsi ilə bağlı sərəncam son aylar ərzində Hindistan məhkəməsinin sorğuya etiraz etdiyi ikinci məbəd-məscid mübahisəsidir.
Bu ilin əvvəlində Hindistanın başqa bir məhkəməsi Varanasi şəhərindəki Gyanvyapi məscidində oxşar araşdırmaya icazə verib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025