Mobil versiya
Ukrayna Silahlı Qüvvələri rusiyalı həkimləri daşıyan təcili yardım maşınına atəş açıb
Tarix: 15-12-2023 | Saat: 12:23
Bölmə:Özəl | çapa göndər

Ukrayna Silahlı Qüvvələri rusiyalı həkimləri daşıyan təcili yardım maşınına atəş açıb


Ukrayna Silahlı Qüvvələri (AFU) içərisində rusiyalı həkimlərin olduğu təcili yardım maşınını atəşə tutub. Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib; mesaj departamentin Telegram kanalında yerləşdirilib.Səhiyyə Nazirliyindən verilən məlumata görə, təcili tibbi yardım maşını mina partlayışı nəticəsində xəsarət alanlara kömək etmək üçün gedirmiş.

“Bu gün səhər Ukraynalı nasistlər Xerson vilayətində Aleşki-Radensk magistral yolunda təcili yardım maşını atəşə tutublar (...) Biz əminik ki, Kiyev rejimi törədilmiş hərbi cinayətlərə görə cavab verəcək!” -departamentdən bildirilib.

Atəş zamanı təcili yardım maşınının özünün xəsarət almadığı dəqiqləşdirilir. Avtomobilə ciddi ziyan dəyib.

Bundan əvvəl bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Moskva vaxtı ilə saat 0:25-də Mariupol istiqamətində üç uzaqmənzilli raket atıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə