Mobil versiya
SÜLH TƏKLİF EDƏN TƏRƏF MƏHZ AZƏRBAYCAN OLUB
Tarix: 14-12-2023 | Saat: 17:32
Bölmə:Özəl | çapa göndər

SÜLH TƏKLİF EDƏN TƏRƏF MƏHZ AZƏRBAYCAN OLUB

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Bildiyimiz kimi dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumu keçirilmişdir.
Forumda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın sülh mövqeyindən ətraflı bəhs edərək bildirmişdir ki, “müharibədən sonra o vaxt keçmiş Minsk qrupu gəlib-gedəndə hiss edirdim ki, onlar özləri nə edəcəklərini bilmirlər. Çünki onların fəaliyyətinə artıq ehtiyac yoxdur. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib. Onlar, sadəcə, nə edəcəklərini bilmirdilər.
Məhz yenə də biz - Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq. “Delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır” dedik. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən biz idik. Proses məhz belə başladı. Sonra gördük ki, heç nə baş vermir. Beləliklə, biz sülh sazişinin prinsiplərini işləyib hazırlamaq qərarına gəldik. Onları işləyib Ermənistana göndərdik. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik. Beləliklə, biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı. Beləliklə, bu, keçmişdə qalıb. Amma bilməliyik ki, bu, Ermənistanın deyil, Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Son ayların başqa bir nümunəsini də misal göstərmək olar. Beş-altı şərh mübadiləsi aparılıb – ilkin Azərbaycan layihəsinə şərhlər verilib.”
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən hələ də qarşılıq verməmişdir və hətta Ermənistan tərəfi yeni təxribatlara əl ataraq sülh danışıqlarını süni şəkildə pozmağa çalışdı. Lakin indiki reallıq onu göstərir ki, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa heç bir çıxış yolu qalmayıb.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sülh gündəliyi təklif etmişdir
Bütün əldə olunan bu diplomatik və siyasi uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Tumasov Köçəri
YAP Cəbrayıl rayon təşkilatının partiya fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə