Mobil versiya
Delfi: Latviya məhkəməsi Dauqavpilsdə SSRİ abidələrinin sökülməsini ədalətli saydı
Tarix: 07-12-2023 | Saat: 18:20
Bölmə:Özəl | çapa göndər

Delfi: Latviya məhkəməsi Dauqavpilsdə SSRİ abidələrinin sökülməsini ədalətli saydı

Latviyanın Konstitusiya Məhkəməsi Dauqavpilsdə sovet abidələrinin sökülməsini məcbur edən normaları qanuni hesab edib. Bu barədə “Delfi” məhkəmə qərarına istinadən məlumat yayıb.
“Konstitusiya Məhkəməsi yerli özünüidarə orqanlarını sovet rejimini tərənnüm edən, qismən öz büdcəsindən maliyyələşdirilən obyektləri sökməyə məcbur edən normaların Konstitusiyaya uyğun olduğunu qəbul edib”, - nəşr yazır.
Qeyd olunur ki, Dauqavpils Şəhər Duması bundan əvvəl dövlətin özünüidarəetmənin muxtar funksiyasına müdaxilə etdiyini əsas gətirərək, bu məsələdə özünüidarəetmə hüquqlarının pozulmasına işarə edərək, məhkəməyə müraciət edib.

Konstitusiya Məhkəməsi həmçinin vurğuladı ki, normalar “tarixi ədaləti bərpa etmək və Latviya dövlətçiliyini qorumaq üçün dövlətin davamlılığı” prinsipini təsbit edir.

Bundan əvvəl Latviya Sovet akademiki Keldışın abidəsini sökmək qərarına gəlib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024