Prezident daha bir QƏBUL KEÇİRDİ
Tarix: 25-09-2026 | Saat: 11:55
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.
aia.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.
Dövlətimizin başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.
Görüşdə Azərbaycan ilə "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edildi.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər