Mobil versiya
"Sürəti bir qədər də artırmağa çalışmalıyıq" - Maks Ferstappen
Tarix: 25-09-2026 | Saat: 12:11
Bölmə:İdman | çapa göndər

"Sürəti bir qədər də artırmağa çalışmalıyıq" -

Ötən gün Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə “Red Bull” komandasının pilotu Maks Ferstappen üçüncü nəticəni göstərib.

aia.az xəbər verir ki, Bakıdakı ilk sərbəst yürüşdə ikinci olan niderlandlı pilot növbəti məşq sessiyasını da yüksək nəticə ilə başa vurub.

Maks Ferstappen günün yekunlarını belə dəyərləndirib: “Əslində, mənim üçün yaxşı gün oldu. Avtomobildən olduqca razıyam. Bir neçə məqamı dəqiqləşdirməli və sürəti bir qədər də artırmağa çalışmalıyıq. Amma ümumilikdə, yenilənmələrin gözlədiyimiz kimi işləməsi bizim üçün yaxşı başlanğıcdır”.

Sessiyanın sonlarında Verstappen şənbə günü keçiriləcək Qran-Pridə yarış məsafəsinə hazırlıq məqsədilə istifadə olunmuş yumşaq şinlərlə trasa qayıdıb. Digər pilotların da əsas diqqəti yarış tempinin yoxlanılmasına yönəldiyi üçün dövrə vaxtlarında yaxşılaşma qeydə alınmayıb.

Qeyd edək ki, Formula 1-də ilk iki sərbəst yürüşü “Mercedes” pilotları ilk 2 pillədə başa vurublar.

Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026