Mobil versiya
Gələn il seçkilərə nə qədər vəsait xərclənəcək?
Tarix: 07-12-2023 | Saat: 15:30
Bölmə:Siyasət | çapa göndər

Gələn il seçkilərə nə qədər vəsait xərclənəcək?

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

aia.az xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki, 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncamla gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. 2024-cü ilin dekabrında isə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024