Ana Sayfa > Siyasət > Gələn il seçkilərə nə qədər vəsait xərclənəcək?
Gələn il seçkilərə nə qədər vəsait xərclənəcək?7-12-2023, 15:30. Yazar: sevinc1 |
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. aia.az xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki, 2023-cü ilin dövlət büdcəsində eyni məqsədlə 46 730 295,0 manat nəzərdə tutulub. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin bu gün imzaladığı sərəncamla gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. 2024-cü ilin dekabrında isə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. aia.az Geri dön |