İsrail qüvvələri İordan çayının qərb sahilində 4 fələstinlini öldürüb: Səhiyyə Nazirliyi
Tarix: 07-12-2023 | Saat: 12:51
Bölmə:Özəl | çapa göndər
İşğalçı rejimin Qəzza zolağına davamlı bombardmanları fonunda İsrail qüvvələri işğal olunmuş İordan çayının qərb sahilində ikisi yeniyetmə olmaqla dörd fələstinlini qətlə yetirib.
Fələstin Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, İsrail əsgərləri çərşənbə günü Cenin yaxınlığındakı Yabad kəndinə basqın etdikdən sonra 16 yaşlı Ömər Əbu Bəkrə sinəsindən atəş açıblar.
Nazirlik həmçinin qeyd edib ki, 24 yaşlı Əbdül Nasser Mustafa Riyahi Nablus şəhərinin şərqində yerləşən Balata qaçqın düşərgəsinə basqın zamanı İsrail hərbçiləri tərəfindən açılan atəş nəticəsində aldığı yaralardan ölüb.
Fələstinin rəsmi WAFA xəbər agentliyi də İsrail qüvvələrinin düşərgəyə soxularaq bir evi mühasirəyə almasından sonra qarşıdurmaların başladığını bildirib.
“Əsgərlərin fələstinlilərə canlı atəş açması zamanı qarşıdurma baş verib, 4 nəfər yaralanıb. Onlardan biri daha sonra aldığı yaralardan dünyasını dəyişib”, - xəbər agentliyi bildirib.
Günün əvvəlində səhiyyə nazirliyi bildirib ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimal hissəsində Tamun və yaxınlıqdakı Əl-Faraa kəndlərində baş verən qarşıdurmalar zamanı iki fələstinlini öldürüb.
Ölənlərin 16 yaşlı Abdul Rahman İmad Khaled Bani Odeh və 23 yaşlı Moath İbrahim Zəhran olduğu müəyyən edilib.
Nazirlik ayrıca bəyanatda bildirib ki, İsrail qüvvələri Beytlehemin cənubunda yerləşən Dheisheh qaçqın düşərgəsinə də basqın edərək, biri ağır olmaqla 3 fələstinlini yaralayıb.
İsrail oktyabrın 7-də mühasirədə olan Qəzza zolağında dağıdıcı müharibəyə başladıqdan sonra İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlarını gücləndirib.
Fələstin Səhiyyə Nazirliyinin rəqəmlərinə görə, Qəzza müharibəsi başlayandan bəri İordan çayının qərb sahilində İsrail hərbçilərinin açdığı atəş nəticəsində ən azı 262 fələstinli ölüb, minlərlə fələstinli yaralanıb.
Qəzzada indiyədək 7112-si uşaq və 4885-i qadın olmaqla, ən azı 16.248 fələstinli öldürülüb, təxminən 1.9 milyon nəfər isə didərgin düşüb.
aia.az
tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025