Mobil versiya
Unudulmaz tarix
Tarix: 07-12-2023 | Saat: 11:31
Bölmə:Siyasət / Özəl | çapa göndər

Unudulmaz tarix

2020-ci il dekabrın 10-da Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsi münasibətilə keçirilən Zəfər Paradından üç il ötür. Azərbaycan tarixinə qızıl hərflərlə düşən bu parad Vətən müharibəsində şanlı qələbənin təntənəsi idi. Vətən müharibəsində başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycanın qəhrəman Ordusu 44 gün ərzində hər gün irəli gedirdi, yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər azad edirdi. Azərbaycan əsgərləri və zabitləri bu günlər ərzində bir amalla, işğala son qoymaq və tarixi ədaləti bərpa etmək amalı ilə vuruşurdu. Bu müharibə nəticəsində Azərbaycan ordusunun gücü ilə beynəlxalq hüquq bərpa olundu və Qafqazda uzun müddət davam edən bir münaqişəyə son qoyuldu və bununla da Azərbaycan xalqının 30 illk torpaq həsrəti başa çatdı, insanlarımız öz doğma torpaqlarına qovuşmaq imkanı əldə etdilər. Bu savaş Azərbaycan xalqına indiyə qədər görünməmiş bir sevinc, qələbə hissini yaşatdı. Azərbaycan bu savaşdan qalib, Ermənistan isə acı məğlubiyyətlə çıxdı. Dünya bir daha Azərbaycan ordusunun gücünü, xalqın birliyini gördü.
Zəfər paradında çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”. Azərbaycan və Türkiyə dövlət başçılarının paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi dəyərləndirilməlidir. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici bir hadisə idi. Bütünlükdə ölkəmizin yaşayış məntəqələri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdir ki, bu da xalqlarımızın mənəvi birliyinin göstəricisidir.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı və torpaqlarını işğaldan azad etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi. Ermənistan ordusu həm dəmənəvi məğlubiyyətə uğradı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Müharibə başlayan andan sonunadək Türkiyə rəsmilərinin Azərbaycanın haqq işinə dəstəyi ədalət savaşında tək olmadığımızı göstərdi və dünya birliyinə yeni bir qardaşlıq nümunəsi təqdim olundu.
vvəla bu parad Azərbaycanın müzəffər Ali Baş Komandanı, rəşadətli Ordusu və vətənpərvər xalqı ilə qazandığı qələbənin nəticəcini bir daha dünyaya nümayiş etdirdi. İkincisi dünya birliyi Azərbaycan Silahlı Qüvvələrinin canlı və texniki təchizat baxımından hansı gücə malik olduğunu gördü. Üçüncüsü hərbi paradda düşməndən hərbi qənimətlər kimi götürülən hərbi texnika da nümayiş etdirildi ki, bu da Ermənistana hansı miqyasda zərbə vurulduğuna dair rəyin formalaşdırılmasına imkan verdi.
Nəhayət, hərbi parad zamanı Azərbaycan və Türkiyə prezidentlərin tribunada birlikdə dayanaraq bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu nümayiş etdirdilər.
Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.
Heç şübhəsiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibənin hər bir gününü tariximizə qələbə günü kimi yazdı.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024