Mobil versiya
COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır
Tarix: 04-12-2023 | Saat: 12:27
Bölmə:Siyasət | çapa göndər

COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır

AzərbaycanBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28-də pavilyonla təmsil olunur. Azərbaycan COP28 sammitində iştirak etməklə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi üzərinə götürdüyü öhdəliyə əsasən, son illər bu istiqamətdə, xüsusən yaşıl enerji sektorunda gördüyü işlərlə bağlı dünya ictimaiyyətinin diqqətinə bütün layihələr haqqında məlumatları çatdırmaq imkanı əldə edəcək. COP28 Azərbaycanın yaşıl enerji strategiyasının nümayişi üçün yaxşı platformadır.
Dubayda dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir. Qeyd edək ki, Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.Sessiyada İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya, adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir.
Burada hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edir. Qeyd edək ki, pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Və burada “Qırmızı kitab”a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, Azərbaycandakı mina problemi və ekoloji nəticələri barədə məlumat verilir.
Maraqlı bir məqam da ondan ibarətdir ki, Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur. Həmçinin pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.
Torpaqlarımız illərlə işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə böyük ziyan vurulub. Bu sammitdə sözügedən zərərin aradan qaldırılması üzrə də Azərbaycanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdimatlar etmək imkanı olacaq. Tarixə nəzər salsaq, 90-cı illərdə alternativ enerjidən ümumiyyətlə istifadə olunmurdu, lakin artıq son illərdə biz bu nisbətdə bir qədər irəliləyiş əldə etmişik. Bildiyimiz kimi, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir. Eyni zamanda Azərbaycan enerji ixracatçısı ölkəsinə çevrilməyi də öz üzərinə hədəf kimi qoyub. Qeyd edək ki, bu, bir öhdəlik deyil, sadəcə olaraq Azərbaycan bununla bağlı qarşısına hədəf qoyub. Real faktdır ki, regionda və dünyada yaşıl enerjiyə tələbat var. Ölkəmizin də coğrafi şəraiti, təbii potensialı bizə imkan verir ki, alternativ enerji ilə həm daxili tələbatımızı, həm də ixrac imkanımızı genişləndirək. Və bunun texniki-iqtisadi əsaslandırılması artıq hökumətə təqdim edilib.
Ümumiyyətlə bu region üzrə Qara dənizin altından keçəcək enerji ixrac xətti nəzərdə tutulur. Həmin xəttə bizim ölkə də qoşulub və bu, Azərbaycanın enerji ixracatçısına çevrilmək planında var. Qeyd edək ki, noyabrın 30-da Dubayda start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 dekabrın 12-nə qədər davam edəcək.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024