Mobil versiya
Keçmişdən bu günə qədər ən qəribə 5 seksual ritual
Tarix: 19-09-2016 | Saat: 12:39
Bölmə:Hadisə | çapa göndər



İki cins arasındakı münasibətlər hər bir cəmiyyətin mədəniyyətinin böyük hissəsinə təsir edir. Bu hər mənada baş verir – mənəvi və fiziki. Bu gün fiziki aspektdən yanaşaraq, müxtəlif dövrlərdə fərqli seksual inanc və adətlərdən danışacağıq.

1. İndoneziya
Pon Bayramı: Xoşbəxt həyat üçün 7 partnyor. Bu bayram hal-hazırda da İndoneziyada qeyd edilir və maraqlı rituallarıyla hər kəsin diqqətini cəlb edir. İldə 7 dəfə keçirilən bu yürüş zamanı insanlar Yava adlı müqəddəs dağı ziyarət edərək, xoşbəxtlik və uğuru cəlb etmək üçün qəribə rituallar edirlər. Rituala əsasən festivalın iştirakçıları gecəni görmədikləri bir insanla keçirməlidirlər. Uğur və xoşbəxtlik həmin insana gələcək ki, o il ərzində 7 gecəni də təsadüfən eyni adamla keçirsin.


2. Qədim Misir
Qədim Misir qadın və kişilər üçün olduqca az sosial qadağanın olduğu bir cəmiyyət idi. Misirdə qəribə rituallar da mövcud idi. Onlardan ən heyrətləndiricisi isə Nil çayında firon və digərlərinin kütləvi masturbasiyası idi. İnanca görə bu “ritual” həmin ilki məhsuldarlığı artırırdı.


3. Qədim Yunanıstan
Qədim Yunanıstan seksual məsələlərin ən çox inkişaf etdiyi bir cəmiyyət idi. Burda hər şey o qədər irəli getmişdi ki, homoseksualizm də normal hal almışdı. Homoseksualizm normal sayıldığı halda, aktiv və passiv bölgüləri də cəmiyyətdəki sosial statusa uyğun müəyyən edilirdi. Daha yüksək sosial statusu olanlar aktiv, daha aşağı olanlar isə passiv rolunda olurdular. Bizə ən heyrətli görünən adət isə, yaşlı kişiylə azyaşlı oğlanların birlikdə olmasıdır. Belə ki, bu halda oğlanla əlaqədə olan kişi həm də onun yolgöstərəni, müəllimi rolunda görülürdü.



4. Hindistan
Hindistanın qədim qəbilələrindən biri olan Muriyaların Qotul adında qəribə adətləri var. Qotul gecəsi kəndin böyükləri gəncləri bir yerə toplayaraq, onlara həyat, insanlar haqqında təcrübələrini bölüşməklə yanaşı, həm də cinsi əlaqəyə necə girməyi öyrədirlər. Özü də nəzəri şəkildə deyil. Belə ki, orgiyalar təşkil edilir, müxtəlif otlardan hazırlanmış içkilər içilir və cinsi həyat mənimsədilirdi. Əgər təsadüf nəticəsində həmin gecə cinsi əlaqəyə girmiş qızlardan biri hamilə qalarsa, uşağa bütün kənd sahib çıxmalıdır. Çünki onun atasının kimliyini müəyyən etmək qeyri-mümkündür.


5. Haiti
Sod’O elə bir məkandır ki, Haitidə hər il burada olan şəlalənin altında qəribə dini ritual həyata keçirilir. Hər il iyul ayında vuduistlər sevgi tanrıçasına hörmət üçün bu məkanı ziyarət edir və çılpaq şəkildə şəlalənin altında rəqs edirlər. Daha sonra bəzi ekstremallar intim rəqslər də nümayiş etdirir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5501 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}