Mobil versiya
Mirzə Fətəli Axundzadənin əsəri Gəncə Teatrında
Tarix: 01-12-2023 | Saat: 17:48
Bölmə:Özəl / Şou-biznes | çapa göndər

Mirzə Fətəli Axundzadənin əsəri Gəncə Teatrında

C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı tərəfindən Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah" bir pərdəli komediyası təqdim olunub.

aia.az xəbər verir ki, tamaşada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Məclisin üzvü Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.
Xatırladaq ki, dahi dramaturqun bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. 
Tamaşada Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Rəhilə Məmmədova, İlham Hüseynov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova rol alıblar.
Əsər izləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024