Mobil versiya
AZƏRBAYCAN BEYNƏLXALQ TƏDBİRLƏRİN ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNDUĞU MƏKANA ÇEVRİLİB
Tarix: 27-11-2023 | Saat: 16:54
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN BEYNƏLXALQ TƏDBİRLƏRİN ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNDUĞU MƏKANA ÇEVRİLİB

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir. Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsi təsadüfi deyil və əlamətdar hadisədir. Azərbaycan Prezidenti sentyabr ayında Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunub. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirmək olar”. Cənab Prezident İlham Əliyevin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında vurğuladığı kimi, son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi qeyd etmək lazımdır. Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Azərbaycanda, Mərkəzi Asiya ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnamə, BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiqdir. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək.
Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır. Azərbaycan və Mərkəzi Asiya ölkələri Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda birgə işləyirlər. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu, Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açır. Azərbaycan da, Mərkəzi Asiya dövlətləri də Türk Dövlətləri Təşkilatının üzvləridir. Bu çərçivədə iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin inkişafı üçün geniş imkanlar açılıb. İnfrastruktur layihələrinin reallaşdırılması, turizmin inkişafı, sənaye və kənd təsərrüfatı sahəsində əlaqələrin daha da sürətləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından bütün bu amillər xüsusi rola malikdir. SPECA 1998-ci ildə qəbul edilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramıdır. Təbii ki, regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır ki, Azərbaycan da bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bu əlaqələr sovetlər dönəmində də davam edib. Müstəqillik dövründə isə Azərbaycan və Mərkəzi Asiya ölkələri bir sıra ortaq layihələrdə iştirak edirlər. Bunlardan biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi layihəsidir. SPECA-da iştirakçı ölkələrdə hazırda siyasi sabitliyin hökm sürməsi də regional əməkdaşlıq üçün münbit şərait yaradır. Bu isə onu başqa bölgələrdən müsbət mənada fərqləndirən başlıca cəhətlərdəndir. Sabitlik bu Proqramı başqa ölkələr üçün də cəlbedici edir.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birgə vahid mədəni, coğrafi arealı bölüşür, əlaqələrimizin tarixi kökləri var, biz eyni mənəvi dəyərlərə malikik. Bütün bu reallıqlar heç şübhəsiz ki, əlaqələrin inkişafı üçün unikal imkan yaradır. Azərbaycanın ali siyasi rəhbərliyinin müəyyən etdiyi xarici siyasət kursu həm Türk Dövlətləri Təşkilatında, həm də SPECA çərçivəsində Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı üçün geniş imkanlar açıb. Bütün bu reallıqlardan üzv dövlətlər qazanırlar, bu, nəticə etibarilə qeyd edilən ölkələrin həm əməkdaşlığının inkişafına töhfə verir, həm də onların dünya iqtisadiyyatına inteqrasiyası üçün geniş imkanlar açır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025