Mobil versiya
Lavrov: "Rusiya Qəzzada axan qana dərhal son qoymaqda israrlıdır
Tarix: 16-11-2023 | Saat: 16:19
Bölmə:Özəl | çapa göndər

Lavrov: "Rusiya Qəzzada axan qana dərhal son qoymaqda israrlıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiya Qəzza zolağında axan qanların dərhal dayandırılmasında israrlıdır.Diplomat bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz qan tökülməsinə dərhal son qoyulmasında və humanitar problemlərin dərhal həllində təkid edirik”, - Lavrov vurğulayıb.

O əlavə edib ki, Rusiya həm bütün təzahürlərində terrorizmə, həm də beynəlxalq humanitar hüququ pozan üsullardan istifadə etməklə terrorizmə qarşı mübarizəyə qəti şəkildə qarşı çıxır.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqdə davamlı humanitar atəşkəsə çağıran düzəliş təklif edib.


aia.az
Tərcümə söbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025