Ana Sayfa > Özəl > Lavrov: "Rusiya Qəzzada axan qana dərhal son qoymaqda israrlıdır
Lavrov: "Rusiya Qəzzada axan qana dərhal son qoymaqda israrlıdır16-11-2023, 16:19. Yazar: sevinc1 |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Rusiya Qəzza zolağında axan qanların dərhal dayandırılmasında israrlıdır.Diplomat bunu Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. “Biz qan tökülməsinə dərhal son qoyulmasında və humanitar problemlərin dərhal həllində təkid edirik”, - Lavrov vurğulayıb. O əlavə edib ki, Rusiya həm bütün təzahürlərində terrorizmə, həm də beynəlxalq humanitar hüququ pozan üsullardan istifadə etməklə terrorizmə qarşı mübarizəyə qəti şəkildə qarşı çıxır. Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasına Yaxın Şərqdə davamlı humanitar atəşkəsə çağıran düzəliş təklif edib. aia.az Tərcümə söbəsi Geri dön |