Mobil versiya
Dilan Polatın işçisinə verdiyi təlimat diqqət çəkdi: “WhatsApp” yazışmalarını silin…”
Tarix: 07-11-2023 | Saat: 17:41
Bölmə:Şou-biznes | çapa göndər

Dilan Polatın işçisinə verdiyi təlimat diqqət çəkdi:

Çirkli pulların yuyulması, vergidən yayınma kimi bir çox cinayətlərə görə istintaqa cəlb olunaraq həbs edilən türkiyəli iş adamları Dilan Polat və əri Engin Polat cütlüyü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Belə ki, həbsdə olan Dilan Polatın polis basqını zamanı işçisinə verdiyi təlimat diqqət çəkib.

Polisin Dilan Polatın iş yerinə gəldiyi gün işçisi Burcu G. ilə danışığı üzə çıxıb. Məlum olub ki, əməkdaşı ilə telefonla danışan Polat əməkdaşından jurnalistlərin orada olub-olmadığını soruşub, daha sonra əməkdaşı telefonu polisə verdiyini deyib və Dilan ona - “WhatsApp” danışıqlarını və qruplarını silin”, - deyə tapşırıq verib.

Məsələ ilə bağlı açıqlama verən Dilan Polat “WhatsApp” qruplarında fotolarının olduğunu iddia edib.

“Bu qrup bizim əvvəl/sonra qrupumuzdur. Prosedurdan əvvəl və sonra çəkilən fotolar atılırdı. Orada mənim də bədənimin fotoları, həmçinin müştərilərimizin də açıq görüntüləri olduğu üçün narahat oldum”, - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024