Gülər Sultanzadə: “Ali Baş Komandan Azərbaycanın müdafiə qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlayır”
Tarix: 03-11-2023 | Saat: 13:21
Bölmə:Siyasət / Özəl | çapa göndər
“Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin 2003-cü ildə xalqın mütləq əksəriyyətinin etimadını və səsini qazanaraq Ölkə Prezidenti seçildikdən sonra bu günə qədər həyata keçirdiyi dövlət siyasətinin bir nömrəli strateji hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması olub. Otuz ilə yaxın müddət ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasi xəttinin mütləq prioritet istiqaməti olub. Xüsusilə 2020-ci ilə qədər keçən dövr ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Həyata keçirilən tədbirlər sayəsində ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika başqa-başqa mənbələrdən alınıb. Həmçinin Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması istiqamətində atılan addımlar sayəsində ölkənin hərbi qüdrəti artıb. Bu gün ölkəmizdə artıq müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.”
Bu sözləri saytımıza verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Müsahibimiz qeyd edib ki, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan iştirakçısı və təşəbbüskarı olduğu transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb və bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb: “2021-ci il iyunun 26-da Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, son illər ərzində aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas amillərdən biri olmuşdur. Azərbaycan sübut etməli idi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək cənab Prezident İlham Əliyev tərəfindən başlıca vəzifə kimi qarşıya qoyuldu. Məhz dövlət başçımızın gərgin səyləri nəticəsində aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər. Bu, məsələnin beynəlxalq tərəfi idi.”
Daha sonra G.Sultanzadə Vətən müharibəsini qaçılmaz edən amillərdən danışaraq bunları deyib: “İkinci Qarabağ savaşını qaçılmaz edən əsas səbələrdən biri beynəlxalq riyakarlıq olmuşdur. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Ölkəmizə qarşı tətbiq olunan ikili standartlar siyasəti, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilməsi və beynəlxalq qətnamələrin kağız üzərində qalması bu riyakarlığın bariz təzahürləri olmuşdur. LakinHətta BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, bu təşkilatın Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 28 il ərzində icra olunmamışdır. Bütün bunlar, eləcə də Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni qoşunlarını darmadağın etdi. sentyabr tarixində başlamış Noyabr ayının 8-də Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu.”
Müsahibəsinin sonunda partiya fəalı Şuşanın azad olunmasının Vətən müharibəsinin gedişində ən əhəmiyyətli məqam olduğunu qeyd edib: “Şuşanın işğaldan azad edilməsi həm strateji baxımdan, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Şuşaya nəzarət etmək Xankəndiyə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. 2020-ci il noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Şuşanı azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşən unikal hərbi əməliyyatlar sırasında yer aldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində qürurla dalğalanır. Oktyabr ayının 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran cənab Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə məhz bu günün, 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər