Xarici İşlər Nazirliyi Rusiyanın nüvə sınağı keçirməsi üçün şərtləri açıqlayıb
Tarix: 16-10-2023 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər
Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) ratifikasiyasını geri götürmək qərarına gəlsə, Rusiya yalnız ABŞ-ın belə bir addım atacağı təqdirdə nüvə sınağı keçirəcək. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov deyib.
O, aydınlaşdırıb ki, Rusiya 1992-ci ildə tətbiq edilən nüvə sınaqlarına moratoriumun tətbiqini davam etdirəcək.
Valday Forumunun plenar iclasında Putin bildirib ki, Rusiya nüvə sınaqlarına qadağa haqqında müqavilənin ratifikasiyasını ləğv edə bilər. Prezidentin sözlərinə görə, ABŞ bu müqaviləni imzalayıb, lakin Rusiyadan fərqli olaraq, ratifikasiya etməyib. Buna görə də Rusiya güzgü addımı atmalıdır.
Bundan əvvəl LDPR lideri Leonid Slutski Dövlət Dumasına Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (CTBT) ratifikasiyasını ləğv edən qanun layihəsini təqdim etdiyini açıqlamışdı. Bildirilir ki, parlamentin aşağı palatasında layihənin birinci oxunuşu oktyabrın 17-də baş tuta bilər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər