Mobil versiya
Orxan Dənziyevn şəhadətə qovuşduğu gündən 3 il ötdü
Tarix: 16-10-2023 | Saat: 11:21
Bölmə:Özəl | çapa göndər

Orxan Dənziyevn şəhadətə qovuşduğu gündən 3 il ötdü

Vətən oğlu

Vətənini ürəkdən sevən, çəkinmədən onun yolunda şirin canından keçən mərd oğullardan biri də Orxan Mübariz oğlu Dənziyevdir.  Lerik rayonu, Laman kəndindən olan bu dağ vüqarlı  igid ulu yurd yerimiz Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid olanda  ömrünün 18-ci ilini yaşayırdı. Qaldı ki, bu qısa zamanda göstərdiyi  hünərlə  tarixin yaddaşında iz qoymaqla, 44   günlük şanlı  zəfərimizin qəhrəmanlıq simvoluna döndü.
Orxan yetkinlik yaşına çatanda onun əməllərində  Vətənə, millətə, insanlığa  bir  sevgi görünür. Yurduna, elinə daha çox fayda vermək məqsədilə  kolleci bitirir.  2020-ci ildə  Milli Ordu sıralarına  yola düşəndə  əsas amalı  sinəsini  yanar od edib   təcavüzkar erməni dığaların  bağrını çatlatmaq  olur. Ürəyinin bu  istəyini əsas götürərək əsgərlik həyatı  ön cəbhədən başlanır. Çox keçmir  nümunəvi xidməti,  hərbi təlimlər zamanı   döyüş igidliyi, ən əsası torpağına bağlılığı  onu əsgərlərin, komandirlərin  sevimlisinə çevirir.  Orxan  cəbhə xəttində  dəfələrlə yağı düşmənlə qarşı-qarşıya gəlir.  Həmişə də  dığaların  layiqli cəzalarını  verməyi bacarır.
Artıq üç ay idi əsgər Orxan Dənziyev  Vətən qarşısında övladlıq borcunu  ləyaqətlə, vicdanla yerinə yetirirdi. İkinci  Qarabağ müharibəsi başlanır. Orxan tərəddüd etmədən   müharibə meydanına girir və 30 ilə yaxın Vətən torpaqlarını əsarətdə saxlayan  düşməndən  sona qədər  döyüşərək  qisasını  alacağına and içir.  Ağdərə-Tərtər  istiqamətində cəngavər kimi döyüşərək erməni dığalarına   ağır itkilər verir. Torpağın hər qarışı uğrunda  can qoyan, mərdliklə vuruşan  Orxan  2020-ci il  15 oktyabrda  qəfil atılan yağı gülləsinin qurbanı olur.
Orxan  18 yaşında özünü  Vətəninə fəda etdi. Bu qəhrəmanlıq adını tarixə yazmaqla,  həm də onu bütün Lerik camaatı üçün əbədi  parlaq  günəşə çevirdi.  Dövlət tərəfində ölümündən sonra layiq görüldüyü “ Vətən uğrunda” medalı isə Orxanın göstərdiyi misilsiz şücaətinə verilən ən dəyərli qiymətdir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə