Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi
Tarix: 15-10-2023 | Saat: 20:05
Bölmə:Özəl | çapa göndər
Hər bir dövlətin özünəməxsus ictimai-siyasi qayda qanunları, olduğu kimi Azərbaycan Respublikasının da özünəməxsus qayda qanunları var. Bu ictimai-siyasi mərhələlərin quruluşu, yenidənqurma mərhələsi, Azərbaycan Respublikasının Ümumili Lideri olan Heydər Əliyevin adı ilə bağlı olmuşdur və bu işlərin davamçısı, Azərbaycan Respublikasında Azərbaycanlıq fəlsəfəsi Azərbaycan Respublikasının Prezidenti- İlham Əliyevin adı ilə bağlı olub onun mənəvi dayağına çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu – siyasi varislik missiyasını uğurla davam etdirən ölkə Prezidenti, cənab İlham Əliyev bu gün də öz fəaliyyətini uğurla davam etdirməkdədir.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yolunun layiqli davamçısı olaraq aşağıdakı işlərə imza atdı:
-ÖLkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü.
-Nəhəng infrastruktur layihələri həyata keçirildi.
-Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.
-Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
-Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit etdi.
-Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı.
-Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi.
-Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Prezident İlham Əliyev müasir dövrün yeni lideri – liderlik fenomeni kimi bütün dünyada qəbul edilmiş ən güclü siyasətçilərdəndir. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib.
ELNARƏ RƏHİMOVA
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər