Mobil versiya
Xalqın seçimi - dövlətin yüksəlişi
Tarix: 15-10-2023 | Saat: 20:01
Bölmə:Özəl | çapa göndər

Xalqın seçimi - dövlətin yüksəlişi

2003- cü il 1 oktyabr tarixində Ulu Öndər H.Əliyev xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa catdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu sözlər vaxtında və layiqincə cox düzgün söylənmişdir. Xalq ümummilli liderin siyasi nöqteyi-nəzərinə yüksək qiymət verdi. Bu isə xalqın sevgisini, inamını sübut etdirirdi. İlk günlərdən etibarən ölkə başçısı müstəqilliyimizi qorumaq, ideoloji işləri möhkəmləndirmək naminə böyük siyasi işlərə imza atdı. Məhz onun yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Coxsahəli inkişaf ölkənin çiçəklənməsinə və beynəlxalq miqyasda tanınmasına köməklik etdi. Olimpiya idman kompleksinin inşası gənc nəslin sağlam ruhda tərbiyə olunmasına xidmət etdi. Təhsil ocaqlarının, səhiyyə-müalicə mərkəzlərinin yenidən qurulması ölkənin maddi-texniki bazasının güclənməsini sübüt edirdi.
2020-ci ildə isə yeni dövrün müasir lider obrazını yaratdı. 30 il ərzində işğal olunmuş torpaqların qalibiyyət yolu ilə alınması İ.Əliyevin genişmiqyaslı siyasətindən xəbər verir. 2 il ərzində talan olunmuş vətən torpaqlarındakı aparılan abadlıq işləri həm daxili, həm də xarici siyasətin düzgün aparılmasını nümayiş etdirdi.
İ.Əliyevin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. İmzaladığı fərman və sərəncamlar əsasında sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strateji kursunun nəticəsi olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi Azərbaycanın qüdrətinin artmasını təmin etməklə yanaşı, ölkəmiz üçün yeni perspektivlər açıb. Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, islahatlar nəticəsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid platformada birləşməsi və digər amillər milli birliyin əsaslarını gücləndirib;
 Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji əhəmiyyətinin göstəricisidir. Təsadüfi deyil ki, bu gün ölkəmiz həm müstəqil siyasət yürüdən regional güc mərkəzi, həm nüfuzlu və etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır, beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər tədbirlərə isə evsahibliyi edir. Prezident İlham Əliyevin səmərəli fəaliyyəti və yüksək təşəbbüskarlığı sayəsində Azərbaycan ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynayıb, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. 
Vətən müharibəsində xalqın birliyi bir daha onu bəyan etdi ki, “Dəmir yumruq” ətrafında sıx birləşmişik. Ali Baş komandanın əmrinə xalq həmişə hazır olduğunu bu kəlmələrlə bildirirdi: “Bilsin, Ana Torpaq, eşitsin Vətən!
Müsəlləh əsgərəm mən də bu gündən!”
Bütün sahələrdə - elm, təhsil, mədəniyyət, siyasət, diplomatiya, hətta hərbi uğurlarımız dövlətimizin sarsılmazlığımızın bariz nümunəsidir.
Cənab İlham Əliyev andiçmə mərasimində “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyə qətiyyətlə bəyan və ifadə etmişdi. Zaman Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirməsinə şahidlik etdi - cənab 
İlham Əliyev bir daha sübuta yetirdi ki, Onun sözü imzası qədər dəyərli, dəyərli olduğu qədər də keçərlidir. 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü, professor, elm xadimi
İmamverdi Həmidov Yavər oğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə