ŞUŞA ŞƏHƏRİ BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞKİL OLUNDUĞU MƏKANA ÇEVRİLİB!
Tarix: 12-10-2023 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu qurumlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır. Təşkilata üzv olduqdan sonra Azərbaycan dövlət və hökumət başçısı səviyyəsində İƏT-in sammitində təmsil olunub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Ölkəmiz bu müddət ərzində təşkilata uğurla sədrlik edib. Oktyabrın 10-da təşkilatın sədri olaraq Azərbaycan İƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasına ev sahibliyi edib. Bu toplantının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. Eyni zamanda, Şuşa şəhərinin 2026-cı il üçün təşkilatın turizm paytaxtı seçilməsi də əlamətdar hadisədir. Cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində bir sıra vacib məqamlara toxunub. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Cənab Prezident İlham Əliyev müraciətində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra bölgədə yaranmış yeni vəziyyətə də diqqəti yönəldib. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. “Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir”, - deyə, cənab Prezidentin müraciətində vurğulanıb. Bununla yanaşı dövlətimizin başçısı bəyan edib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. Ermənistan bu şansı dəyərləndirməlidir. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərindən biridir. Bu baxımdan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də təbiidir. Çünki bugünkü gündə dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı günü-gündən artır. Azərbaycan iqtisadi inkişafı yaxşı olan dövlətlərlə əlaqələrin qurulmasına, ticarət münasibətlərinin yaxşılaşdırılmasına böyük önəm verir. Ölkədə iqtisadiyyatının liberallaşdırılması istiqamətində əsaslı tədbirlər görülür. Şübhəsiz ki, Azərbaycan kimi dövlətlə əməkdaşlıq etmək İqtisadi Əməkdaşlıq Təşkilatı üçün də çox önəmlidir.
Bu tədbirin keçirilməsi dünya iqtisadiyyatına inteqrasiya olmaq, iqtisadi təcrübəni öyrənmək və təşkil etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki İqtisadi Əməkdaşlıq Təşkilatı dünyanın sayılan beynəlxalq təşkilatlarından biri olaraq daim Azərbaycanla münasibətlərin yaxşılaşmasına önəm verib. Tədbirin Şuşada keçirilməsi də rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Həm də tədbirin Şuşada keçirilməsi Azərbaycanın tarixi qələbəsinə olan etimaddan qaynaqlanır. Belə mötəbər bir təşkilatın öz toplantısını Şuşada keçirməsi dünya ölkələrinə, eləcə də Ermənistana bir mesajdır. Dünya ölkələri Azərbaycanı dəstəkləyir və onun siyasi-iqtisadi tədbirlərinə böyük önəm verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025