Ulu Öndər Heydər Əliyev - Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider
Tarix: 11-10-2023 | Saat: 16:40
Bölmə:Özəl | çapa göndər
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.
Nadir siyasət adamı Heydər Əliyev dünyada gedən proseslərə təsir etmək gücündə olan fövqəladə şəxsiyyət kimi eyni zamanda tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən müdrik və unikal dövlət xadimi idi.
Təbiət siyasi xadimlərin heç də hamısında rast gəlinməyən tarixi bəsirəti, siyasi fəhm kimi nadir öncəgörmə qabiliyyətini zəmanəsini çox-çox qabaqlayan, mahir psixoloq, insan qəlbinin dərin bilicisi olan Heydər Əliyevdən əsirgəməyib. O, analitik düşüncə tərzi və çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti və dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. Ulu Öndər bəlkə də dünyanın çox nadir siyasətçilərindəndir ki, siyasətin ən qızğın meydanlarında hisslərini gizlədərək, ağlı və məntiqi ilə davranmağı bacarıb, əsl peşəkarlıq nümayiş etdirib.
Müasir siyasi texnologiyalarda lider üçün xarizma çox mühüm təsirə malik keyfiyyət hesab olunur. Heydər Əliyevin ən ali insani keyfiyyətləri, fenomenal xarakteri, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, səbat, diqqət və bir çox digər yüksək mənəvi cəhətlər Heydər Əliyevin fərdi naturasının özünəmıxsus çalarlarıdır.
Heç də hər dövlət xadiminə xas olmayan bu üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlərdir. Onun gücü həm də universal, dərin biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, heyrətamiz yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləməklə bərabər həm də eyni zamanda həmsöhbətinə təsir etmək bacarığında idi.
Məsələləri əhəmiyyətinə görə ardıcıllıqla düzmək qabiliyyəti və mahir diplomat olması onu dünyanın ən məşhur siyasətçiləri ilə bir sıraya qoyur. Heydər Əliyev sanki əzəldən böyük siyasət üçün yaranmış, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən dövlət və dövlətçilik məsələləri ilə bağlı baxışlarında da özünü büruzə vermişdir. O, hər zaman zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdən idi ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi. Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa nail oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı və multikultural dəyərləri ilə dünyanının bütün digər ölkələrinə təkrarsız nümunədir.
“Əgər ölkədə ictimai - siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit yaradılmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz” söyləyən Heydər Əliyev üçün dövlət quruculuğu ilə bağlı məsələlər fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Çünki mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalqın azad ola bilməməsi təfəkküründən çıxış etsək, belə qənaətə gələrik ki, dövlətin möhkəmləndirilməsi müstəqil iqtisadi siyasətlə yanaşı həm də daxili asayişin və əmin-amanlığın təmin olunmasından keçir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025