Cənubi Koreya Rusiyanın peyk daşıyıcılarından imtina edib
Tarix: 11-10-2023 | Saat: 14:36
Bölmə:Özəl | çapa göndər
Koreya Respublikasının Elm və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi Cənubi Koreyanın “Arirang-6” və “CAS 500-2” peyklərinin orbitə çıxarılması üzrə müqavilələrə xitam verilməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqların yekun mərhələsini elan edib.Cənubi Koreya bu peykləri Rusiya raket daşıyıcılarında buraxmalı idi, lakin “fors-major hallar” səbəbindən ortaqlıq baş tutmadı. Cənubi Koreya nazirliyinin məlumatına görə, danışıqlar zamanı onların tərəfi milli maraqları rəhbər tutub.
Həmçinin qeyd olunur ki, Cənubi Koreya Rusiyaya ödədiyi 60,3 milyard von və ya 44,7 milyon dollar məbləğində pulu qaytarmaya bilər.“Koreya Respublikası Rusiya tərəfi ilə peykin buraxılması xidmətlərinin göstərilməsi üzrə müqaviləyə xitam verilməsi şərtləri ilə bağlı danışıqlar aparıb. Hazırda [danışıqlar] son mərhələdədir. Biz beynəlxalq müqavilə haqqında məlumatı açıqlamağı çətin hesab edirik, lakin sizə bildiririk ki, bu şərtlər daxilində danışıqlar zamanı biz milli maraqları rəhbər tutmuşuq”, - Koreya departamentinin bəyanatında deyilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025