Mobil versiya
Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilir -Fotolar
Tarix: 11-10-2023 | Saat: 13:55
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Gədəbəy rayonunda Ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər keçirilir

aia.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tərəfindən yerlərdə partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq görüş keçirilmişdir. Düzyurd kənd ərazi partiya təşkilatında keçirilən görüşdə YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev, ərazi partiya təşkilatının fəalları, gəncləri iştirak etmişdirlər.
İlk öncə YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev görüş iştirakçılarını salamlayaraq, görüşün keçirilmə məqsədi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Rayon təşkilatının sədr müavini görüşdə çıxış edərək YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışıb, son 20 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərdi.
Sonra Düzyurd kənd ərazi partiya təşkilatının üzvü Vahid Kazımov, Partiyanın gənc fəalı Kəklik İbrahimova və başqaları Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini,YAP ətrafında sıx birləşib bundan sonra da dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini, Azərbaycanın gələcək inkişafında partiya üzvləri kimi daha da fəal olacaqlarını bildirdilər.
Görüşün sonunda tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə