HƏSRƏTLİ YOLLARIMIZA İŞIQ SAÇAN İNSAN!
Tarix: 06-10-2023 | Saat: 12:59
Bölmə:Ölkə | çapa göndər
Yazacağım bu yazının qəhrəmanı çox təəssüflər olsun ki, mənə rəy bildirə
bilməyəcək. Ancaq onu, ailəsini, qohimlarını tanıdıqlarıma görə kimlərəsə
minnətdaram.
Onunla bağlı xatirələrini mənimlə bölüşmək istəyən İbrahim müəllimgilə
girəndə nəzərimi divardan asılan saz cəlb etdi. Sazlı-sözlü bir ailənin üzvləri ilə
həmsöhbət olmaq necə də insanın ruhuna sakitlik gətirdiyini gördüm. Sazı özləri
üçün söz, qəlb açarı sayan Kəlbəcərlilər mənə doğmalarım qədər yaxın olurlar.
Ibrahim müəllim həm xatirələrini, həm də arzu-istəklərini danışdıqca necə
böyük bir ürək sahibi olduğunu görürük. Eyni zamanda qardaşı, həmkarı olan Şəfi
müəllimlə bağlı hər bir xatirəsi onu keçmişə aparır, sanki o xatirələri incitməkdən
qorxub, çəkinirdi. Ömrünün sonuna qədər müəllimlik peşəsinə sadiq qalan Şəfi
müəllim eyni zamanda bir elin, obanın, qəsəbənin, nəslin ağsaqqalı olmuşdur.
Bütün danışılanlara diqqət ayıraraq söhbəti kəsmirdim ki, bu el müəlliminin, el
ağsaqqalının şərəfli ömür yolunu yazıda düzgün işıqlandırım.
Murtuzayev Şəfi Həsən oğlu 1958-ci il 5 may tarixində Kəlbəcər rayonunun
İstisu qəsəbəsində sadə, zəhmətkeş, qəhrəman bir ailədə dünyaya göz açıb. 5
qardaş, 5 bacı olan bu ailənin böyükləri övladlarını halallıqla böyüdərək
cəmiyyətə, xalqa layiqli insan olaraq yetişdirmişlər. Bəlkə də çox uşaqlı ailələrdə
təsadüfən olardı ki, övladlarına ali təhsil verə bilsinlər. 5 qardaş ali təhsil alaraq
elinin, kəndinin, obasının söz deyən oğullarından olurlar.
Ailənin 3-cü övladı olan Şəfinin hələ uşaq yaşlarından hər sahədə istedadlı
olması bütün ailənin fərəhinə səbəb olur. Istər orta məktəb illərindən, 9 illik
məktəbi qırmızı şəhadətnamə ilə qurtarması Şəfinin gələcək uğurlarından sanki
xəbər verirdi. 11 illik təhsildən sonra sənədlərini Gəncə Dövlət Pedaqoji
İnstitutunun (indiki GDPA) Riyaziyyat fakültəsinə verərək qəbul olunan gənc Şəfi
buranı da qırmızı diplomla bitirir.
Şəfi tələbə olarkən qarşısına ancaq yüksək nəticə göstərməyi qoymuşdur. Çünki
ali məktəbə daxil olarkən evin böyük oğlu İbrahim də artıq burada II kursda eyni
fakültədə təhsil alırdı. O zamanki çətinliyə baxmayaraq tələbə təqaüdü alaraq,
bütün çətinliklərə sinə gərən Şəfi 1977-ci ildə təyinatını ilk olaraq Kəlbəcər
rayonunun Çıraq kəndinə alır. Buradakı 3 illik fəaliyyətindən sonra doğma kəndinə
yerdəyişmə edir. 9 illik kənd məktəbinin bazası artıq uşaqların sayına görə
çətinləşir. Və Şəfi müəllimin təşəbbüsü ilə 11 illik məktəbə çevrilir.
Daima yenilikçi gənc müəllim olaraq həvəslə işə başlayan Şəfi müəllimin
arzularını məlum Qarabağ hadisələri yarımçıq qoyur. Elini, evini, min bir əziyyətə
qurub-yaratdığı məktəbi, yetirmələrini ürəyi sızlaya-sızlaya hamı kimi o, da yanıla-
yaxıla tərk edərək Bakıya qohumlarının yanına gəlirək, qaçqın bir müəllim
həyatının bağlanğıcını qoyur.
Ancaq heç vaxt ruhunu qaçqın qoymayan Şəfi müəllim yaşananlara boyun
əymir. Məktəb həyatı üçün darıxan şagirdlərinin səslərinə, ayaq tappıltılarına
öyrəşən Şəfi müəllim öz müəllim həmkarları ilə razılığa gələrək Xırdalan şəhər 2
saylı məktəbin nəzdində Kəlbəcər rayonu 20 saylı tam orta məktəbini yaradır. Bax,
peşəsini sevən, onunçun hər çətinliyə dözən insan məhz Şəfi müəllim kimi hərəkət
edərdi.
Çünki müəllim öyrədəndi, müəllim ustaddı, müəllim ustadı, müəllim yol
göstərəndi. Müəllim həm də işıqdı, nurdu, yüzlərlə, minlərlə insanların da ömrünə
düşür. Bu işığın başlanğıcı var, sonu olmur. Həyat bəlkə də ona görə gözəldi. Bu
gözəlliyin ən önəmli qaydalarından biri də sonsuz sevgidir. Uşaqlara sevgi
olmadan müəllim peşəsini bu qədər dərindən mənimsəmək olmaz. Uşaqları
sevməyi, onlara qayğı göstərməyi bacaran insan Şəfi müəllim kimi olur. Şəfi
müəllim bilirdi ki, nə qədər məktəb həyatını, şagirdlərini sevsə, mütləq bəhrəsini
görəcək.
Məktəb içində məktəb olmağı ilə barışmayan Şəfi müəllim həm müəllim
olaraq, həm də kollektivə cavabdeh direktor kimi bütün məsuliyyəti başa düşərək
yollar axtarır ki, qoyub-gəldiyi arzularını davam etdirsin.
Zəhməti hədər getmir. Hardansa xeyriyyə işləri ilə məşğul olan İngiltərə
təşkilatının vasitəçiliyi ilə yeni bir 11 otaqdan ibarət məktəb tikdirir. Burada 250
nəfər şagird təhsil almağa, 40 nəfər müəllim heyəti isə öz peşələrini davam
etdirməyə başlayır. Müəllim kollektivinin çoxu elə Kəlbəcərdən uzaq düşmüş,
ürəkləri həsrət ilə alışıb-yanan həmkarları olur.
Hər zaman şagirdlərinin rahatlığını, heç nəyin fikrini çəkməməklərini düşünən
Şəfi müəllim qış fəsli gələndə məktəbin qızdırıcısı olmamasının da çarəsini tapır.
Üzünü eloğlusuna – Cavid Qurbanova tutaraq məktəbin istilik sisteminin
çəkilməsinə köməklik etməsinə nail olur.
Məktəbin abadlığı, təmizliyi, kollektivin işgüzarlığı daim diqqət mərkəzində
olduğu üçün hətta seçki məntəqəsinə belə çevrilir.
Şəfi müəllim riyaziyyat fənninə xüsusi sevgisi olan şagirdlərinə təmənnasız
olaraq hətta repiritorluq edir, onların gələcəklə bağlı düzgün seçim etməsinə
yardım edirdi.
Məktub arzusunu yerinə yetirməyinə baxmayaraq, ürəyində Kəlbəcər həsrəti
yaşadan Şəfi müəllim öz direktor otağında yurd yanğısını sazla, Sücaətin şeirləri
ilə ovudurdu. Hətta Kəlbəcəri unutmayan, özləyən insanları, ziyalıları başına
toplayaraq şeir, sənət məclis təşkil edərək, sanki bu günləri Kəlbəcərin düşmən
tapdağından azad olunacağını duyururdu.b_500_300_16777215_00_images_xeber_sekilleri_6sent2023_s33333.jpg
Inanıram ki, Şəfi müəllim Kəlbəcərin azad edilməsini eşidəndə köksü
Xırdalanda qurub yaratdığı Kəlbəcər rayon 20 saylı məktəbin həyətinin divarlarına
belə sığmayıb. Ancaq səhhətində yaranan problemlər onu doğma el-obasını ziyarət
etməyə imkan vermir. Yaşadığı illərdə heç zaman dağını, dərəsini, cığırlarını,
çayını unutmadığı Kəlbəcəri görmək ona qismət olmur.
Şəfi müəllimin şəkillərinə baxanda gözlərindəki bu nisgili görməmək mümkün
deyil. Baxışlarındakı kövrəklik insanın ürəyini sızladır. Eh, nə qəribə dünyadı?
Həyat da heç nədən çəkinməyərək nələrəsə nail olan Şəfi müəllim 30 il həsrətində
olduğu torpağa qovuşa bilmir, elə həsrətli qalır.
64 yaşında 2023-cü il may ayının 13-ü gözlərini əbədi olaraq yumur. Məzarı
burada, ruhu isə Kəlbəcərdə dolanır. Bir müəllim ömrü, yurd həsrətli Vətən
oğlunun arzuları buraya qədər imiş. Ömür vəfa etsəydi hələ nələr edə bilərdi.
İnanırıq ki, Şəfi müəllimin bizlərə əmanət qoyub getdiyi, yolunu davam etdirən
övladları Zaur və Şəlalə, onlarca yetirmələri onun arzularını həyata keçirəcək,
xatirəsini hər zaman əziz tutacaq.
Hər il müəllimlər günündə məzarını ziyarət edən yetirmələri, doğmaları,
dostları bu sözləri deyəcək:
- Sən bizlərə, yolumuza işıq, nur oldun!
- Ruhun nurla dolsun, Şəfi müəllim!
- Məndədi, bizdədi Sizin müəllim ömrünüz!
Könül Mahir,
Bakı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025
15:05 Əsgərimiz vəfat etdi