Qranadada «Avropa siyasi birliyi»nin Sammitində Türkiyənin iştirakına imkan verilməməsi Azərbaycanın bu görüşdən imtinasını şərtəndirdi.
Tarix: 05-10-2023 | Saat: 18:27
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu çağırışı Azərbaycan İspaniyanın Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtinasında özünün aydın ifadəsini tapır
«Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.» Dövlət başçısı İlham Əliyev Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda onu da diqqətə çatdırdı ki, antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil: «Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı.»
Məlum olduğu kimi, oktyabrın 5-də Qranadada «Avropa siyasi birliyi»nin Sammiti keçiriləcək. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulmuşdu. Görüşün beşli formatda ( Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) formatında təşkili vurğulansa da Azərbaycan tərəfi bu görüşdə qardaş Türkiyənin iştirakının vacibliyini bildirdi. Türkiyənin iştirakına imkan verilməməsi Azərbaycanın bu görüşdən imtinasını şərtəndirdi. Fransa və Almaniyanın Türkiyənin iştirakıqa mane olmaq üçün ciddi-cəhdlər göstərdiyi bildirilir. Təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan, birlikləri, həmrəylikləri ilə dünyaya nümunə olan Azərbaycan ilə Türkiyənin danışıqlarda birgə iştirakı həmin formatın iştirakçılarını razı sala bilməz. Ədaləti, beynəlxaq hüququ maraqlarının arxasında saxlayanlardan bu formatda danışıqlar zamanı konkret addım gözləmək sadəlövhlük olar. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycanın tarixi Zəfərindən bugünədək cərəyan edən hadisələrin xronologiyasına diqqət yetirsək Azərbaycana qarşı qərəzli mövqenin nümayiş olunduğu məkanlarda Fransanı görmək mümkündür. Bu danışıqların Praqa formatını yada salaq. Fransa Prezidenti Emmanuel Makron danışıqlara qatılsa da tərəf kimi qəbul edilə bilməzdi. Hər zaman ermənipərəst siyasəti ilə diqqətdə olan Fransa görüşün getdiyi vaxtda Azərbaycanın təklif etdiyi sülh müqaviləsini dəsləkləsə də görüşdən az sonra Prezident Makron bu ölkədəki erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi və bir qədər də irəli gedərək ölkəmizi işğalçı kimi təqdim etdi. Mövqesizliyi ilə diqqətdə olan bir dövlətin iştirak etdiyi görüşə yenidən qatılmağa ehtiyac varmı?
Qarabağ ermənilərinin reinteqrasiyasi ilə bağlı Azərbaycanın şərtlərini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməlidirlər. Azərbaycanın son uğurları sırasında sentyabrın 20-də suverenliyinin tam təmin edilməsini qeyd etməliyik.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025