Gülər Sultanzadə: “Azərbaycan kosmosu da fəth edəcək”
Tarix: 05-10-2023 | Saat: 11:19
Bölmə:Özəl / Gündəm | çapa göndər
“Son dövrlər ölkəmizdə gedən mütərəqqi prosesləri izlədikcə, biz bir daha əmin oluruq ki, Ulu Öndər Heydər Əliyevin çox illər öncə atdığı məqsədyönlü addımlar respublikamızın gələcəyinə necə böyük dəqiqliklə hesablanıb və eyni zamanda da həmin gələcəkdə Azərbaycanın məhz müstəqil dövlət olaraq maraqları nəzərə alınıb. Bu gün biz Ulu Öndərimizin uğrunda çalışdığı həmin gələcəkdə yaşayırıq və Azərbaycanın imza atdığı hər bir möhtəşəm uğurda Ümummilli Liderimizin dəsti-xəttini aydın şəkildə görürük. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Əlbəttə, o zaman bu beynəlxalq tədbirə ev sahibliyi edən ölkə SSR İttifaqı idi. Bununla belə, Konqresin keçirilməsi üçün 15 paytaxat şəhər arasında məhz Bakının seçilməsi birmənalı olaraq həmin dövrdə respublikaya rəhbərli edən Ulu Öndərimizin misilsiz xidmətlərindən biri idi. Əlli ildən sonra artıq 74-cü Beynəlxalq Astronavtika Konqresi yenidən Bakıda keçirilir. Lakin əhəmiyyətli fərq ondan ibarətdir ki, bu dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə keçmiş SSRİ yox, məhz müstəqil Azərbaycandır. Tədbirə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatılması Konqresin böyük əhəmiyyətini göstərir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı Azərbaycanda kosmik sənayenin inkişafı sahəsində əldə edilmiş uğurların əhəmiyyətini qeyd edərək bunları deyib: “2023-cü ilin 2 oktyabr tarixində Bakı Konqres Mərkəzində keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyətlərlə bağlı dolğun açıqlamalar təqdim etdi. Qeyd olundu ki, ölkəmiz on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün isə, Azərbaycan Yerin orbitində üç peykə malikdir. Həmin peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və təkcə Azərbaycana deyil, eyni zamanda 45-dən artıq ölkəyə də xidmət göstərirlər. Beləliklə, digər sahələr kimi, ölkəmizdə kosmik sənayenin inkişafı da dövlətin xüsusi diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyev həmçinin bu beynəlxalq tədbirin ölkəmizdə kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onların müasirləşdirilməsinə mütləq yeni təkan verəcəyini də vurğuladı. Qeyd olundu ki, müasirləşdirilmə dövlətimizin gələcəklə bağlı baxışını, gündəliyini və planlarını səciyyələndirir.”
Öz fikirlərini davam etdirən müsahibimiz həmçinin Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq müstəvidə fəaliyyəti ilə bağlı verdiyi açıqlamaların önəmini vurğulayaraq belə deyib: “1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi unikal xarici siyasət strategiyası, son iyirmi il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün yeni çağırışlarına uyğun inkişaf və uğurla davam etdirilir. Məhz bu strategiyanın sayəsində Azərbaycan hazırda beynəlxalq ictimaiyyətin ən fəal üzvlərindən birinə, sürətlə inkişaf edən nüfuzlu bir ölkəyə çevrilib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Həmçinin Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Hazırda ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Qeyd edək ki, Azərbaycan eyni zamanda iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdəndir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, qitələrarası körpü rolunu oynaması cəmiyyətimizin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Ölkəmiz əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmuşdur. Məhz Azərbaycanın təşəbbüsü ilə tarixdə ilk dəfə olaraq Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.”
Həmçinin G.Sultanzadə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün Cənubi Qafqazda davamlı inkişafa nail olmaq üçün unikal imkanlara yol açdığını bildirib: “Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından ən etibarlı təchizatçı ölkələrdən biridir. Eyni zamanda Azərbaycan digər qitələrdə yerləşən onlarla ölkə ilə effektiv tərəfdaşlıq edir və bu münasibətlər ölkəmizin dinamik iqtisadi inkişafına xidmət edir. Lakin Azərbaycan dövlətinin siyasəti hər zaman daha əhatəli olub. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi özünümüdafiə hüququna əsaslanaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Buna qədər işğala son qoymaq öhdəliyini üzərinə götürmüş və 28 il ərzində mənasız danışıqlar aparan beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il icra olunmadı. Azərbaycan özü zorakılıqla üzləşdiyi münaqişəyə son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Regionumuzda sabitliyə, inkişafa nail olmaq istəyən bütün qüvvələr yaranmış yeni fürsətləri əldən qaçırmamalı, onların maksimum reallaşması istiqamətində birgə çalışmalıdırlar”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025