Ulu Öndər Azərbaycanı dəhşətli faciələrdən hifz edərək ölkəni sabitlik və tərəqqi yoluna çıxardı
Tarix: 04-10-2023 | Saat: 17:05
Bölmə:Özəl | çapa göndər
1993-cü ilin 3 oktyabr tarixi Azərbaycanın yeni inkişaf səhifəsinin açıldığı gündür. Məhz həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi qurtuluşa aparan yolun ilk pilləsinə qədəm qoydu. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini bütün dünyaya nümayiş etdirdi.
Sirr deyil ki, müstəqilliyimizin ilk illəri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi yaddaşlara həkk olunub. 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsinin bir addımlığında durmuşdu. Azərbaycan parçalanmaq, müstəqil bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir böhran vəziyyətindən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdü. Vəziyyət elə bir həddə çatmışdı ki, artıq dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən kömək istəmək məcburiyyətində qalmışdı. Halbuki, əgər müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, o zaman Azərbaycan 20 Yanvar, Xocalı faciələrini yaşamaz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.
Ulu Öndər andiçmə mərasimindəki nitqində belə demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Öz andına ömrünün sonuna qədər sadiq qalan Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmışdır. Görülən tədbirlərin nəticəsi olaraq qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasi irsi bu gün Azərbaycan dövlətçiliyinin təməlində durur. Ümummilli Liderimizin müəyyən etdiyi siyasi strategiya dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin vacib tərkib hissələrindən biri də Milli ideologiyanın yaradılması idi. Heydər Əliyev təkcə Azərbaycan ərazisində yaşayan şəxsləri deyil, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək, tezliklə dünya azərbaycanlılarını öz ətrafında birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyasının müəllifidir. Artıq uzun illərdir ki, milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasını təmin edən real siyasi amil kimi çıxış edir.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini deyən Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda gərgin fəaliyyət göstərmişdir. Növbəti illərdə dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli də məhz Ümummilli Liderimiz Heydər Əliyevin öz xalqı qarşısında olan misilsiz xidmətlərindəndir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Zəfərimizin əsasını qoydu. 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda yeni Qələbələrə doğru inamla irəliləyir.
Arifə Abbasova,
YAP Tovuz rayon təşkilatının
İdeoloji şöbənin məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025