Mobil versiya
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərini azad etdi
Tarix: 04-10-2023 | Saat: 09:30
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz  4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərini azad etdi

Doğma torpaqlarımızın işğaldan azad edilərək öz sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. 44 günlük Vətən müharibəsi Xeyirin Şər üzərində qələbəsinin təntənəsi idi. 4 oktyabr 2020-ci il tarixində Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Ən mühüm strateji məntəqələrimizin bir-birinin ardınca  azad edilməsi Ordumuzu və xalqımızın Vətən müharibəsindəki döyüş əzmimini daha da ruhlandırırdı. 27 il düşmən tapdağında əsir qalan el-obamız öz doğma sakinlərinə isti qucağını açmaqdan böyük sevinc yaşayırdı. Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə birliyimizin, həmrəyliyimizin, “Dəmir yumruq” kimi birləşməyimizin təcəssümüdür. Bu birlik eyni zamanda orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq səhifə yazdı. “Qarabağ Azərbaycandır!” şüarı Vətən müharibəsinin rəmzinə çevrildi". Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident cənab İlham Əliyev bu zəfərin müəllifidir.Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar əbədidir və Azərbaycanın qüdrətinin bariz göstəricisidir.
4 oktyabr tarixi Cəbrayıl rayonunun taleyində xüsusi bir gün olaraq tarxin yaddaşına həkk olunmuşdur. Bir neçə obyektin təməlinin qoyulması və  inşaatından sonra fəaliyyəti çox mühüm iqtisadi önəmə malikdir. “Araz Vadisi İqtisadi Zonasının” yaradılması rayonun sosial-iqtisadi həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada yaradılan münbit iqtisadi potensial  nəinki təkcə Cəbrayıl rayonunun bütün bölgənin inkişafına müsbət təsir göstərəcəkdir. 5 il ərzində çiçəklənən və inkişaf edən Qarabağın yaradılması ən prioritet məsələlərdən biridir. Erməni vandalizmin dəhşətli terrorundan əziyyət çəkən doğma torpaqlarımıza yeni nəfəs yeni həyat bəxş edilməkdədir. Qüdrətli dövlətiimiz tərəfindən Qarabağa bütün sahələr üzrə böyük investisiyalar cəlb edilir. Bölgənin abadlaşmasında və yenidən qurulmasında Türkiyə şirkətləri də yaxından iştirak edir. Bu da Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının birlikdə mehriban münasibətlərinin təcəssümüdür. Müharibədən əvvəlki dövrdə olduğu kimi müharibədən sonra da Türkiyə daima Azərbaycanın yanındadır və bizə ən böyük dəstək verən dövlətdir.
Azərbaycan torpaqlarının erməni işğalından azad etmək uğrunda başladığımız Haqq savaşımız erməni təəsübkeşlərinin ürəyincə olmadığından ölkəmizə qarşı çox böyük siyasi, diplomatik və informativ təzyiqlərə başladılar. Azərbaycana qarşı böhtanlar yağdıran, yalan məlumatlar yayan erməni lobbisinin xaricdəki maliyyə mənbəyindən qidalanan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən mətbuat orqanlarının bütün cəhdləri iflasa uğradı. Çünki Azərbaycan öz mübarizəsində haqlı olan tərəf idi. Qətiyyətli Ali Baş Komandanın siyasi və hərbi iradəsi və Şanlı Ordumuzun şücaəti nəticəsində düşmən bütün cəhbələrdə susduruldu. Dünya qüdrətli Azərbaycan dövlətinin hərbi, iqtisadi, siyasi və diplomatik gücünə şahid oldu. Azərbaycan Respublikasının gücünə-güc qatan xalq-dövlət və ordu həmrəyliyi gecikdirilmiş tarixi ədaləti bərpa etdi. Azərbaycanın ən qədim torpaqları olan Qarabağı mənfur düşmənin işğalından tamamilə azad etdi. Müqəddəs üçrəngli bayrağımız Cəbrayılda, onun ardınca bütün işğaldan xilas olunmuş rayonlarımızda dalğalandırıldı. Şuşaya bayrağımızı sancan Azərbaycan əsgəri dünyaya bəyan etdi ki, Azərbaycan öz torpaqlarını  ATƏT-in, BMT-nin vasitəçiliyi olmadan geri qaytara bildi. Bu bizim cahana hərbi qüdrətimizin  mesajı idi. Bəli, Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və Rəşadətli Ordumuzun qəhrəmanlığı ilə öz ərazi bütövlüyünü bərpa etdi.  Reallıq ondan ibarətdir ki. Azərbaycan Qafqazda söz sahibi ölkədir. Bizim sərhədlərimizi pozacaq hər hansı təxribatın qarşısı anında və zamanında alınacaq. Qarabağda erməni vandallarının törətdikləri maddi və mənəvi terrorların sayı müqayisə edilməyəcək dərəcədə çoxdur. Məscidlərimizdən tutmuş tarixi abidələrimizə qədər terror siyasəti yürüdən Ermənistan öz mənfur niyyətlərini dünya ictimaiyyətindən gizlədə bilməz. Bunlar dünyanın gözü qarşısında olan faktlardır. Erməni faşizmini məhv edən tarixi Zəfərimiz hər birimizin qürurla andığı tarixdir.
Bu gün Qarabağımızın, Xarıbülbülümüzün üzü gülür.
Uca Tanrı bu sevincli, qürurlu və ləyaqətli günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanı və Qalib Ordumuzu hifz etsin! Yaşasın qüdrətli və müstəqil Azərbaycan Respublikası!        

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025