Xüsusi qəhramanlıqla işğaldan azad edilən Cəbrayıl
Tarix: 04-10-2023 | Saat: 09:20
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Bunun nəticəsində sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Nəhayət ki, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Ordumuzun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. İşğalçı erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Döyüş meydanından kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Mənfur düşmənin bizə qarşı həyata keçirtdiyi hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Rəşadətli ordumuzun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində 2020-c ilin oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz işğalçı Ermənistanın döyüş meydanında layiqli cavabını verdilər.
Qeyd etməliyəm ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə bir edib, ekoloji terror törədib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil. Oktyabr ayının 4-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad edilməsini elan edib. Ali Baş Komandan müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib. 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon Cəbrayıl olub. Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırılıb. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Vətən müharibəsi qələbəsi bizlərə bəxş edən, başda Azərbaycan Respublikası-nın Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və arxa cəbhədə xalq-ordu birliyinə dəstək verən millətimizə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Vətən müharibəsi şəhidlərimizi daim ehtiramla yad edərək hörmətlə anırıq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025