Qurtuluşa gedən yol
Tarix: 03-10-2023 | Saat: 19:54
Bölmə:Özəl | çapa göndər
Azərbaycanda hər kəsin bildiyi kimi, 1991-1993-cü illər ölkəmizin müasir tarixində xaos, özbaşınalıq və yarıtmaz idarəetmə dövrü kimi xatırlanır.Ölkənin suveren var olmasına təhdid olan bütün amillər, həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.Baş verən hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdilər. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını yalnız dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin simasında görürdü.Deyərdim ki, dövlətçilik anlayışının nə olduğunu bilməyən və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş, bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda ulu öndər Heydər Əliyevə müraciyət etdi.Xalqımız qanı və canı bahasına əldə etdiyi müstəqilliyinin qorunması üçün, bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri ulu öndər Heydər Əliyevi dəvət etdi.Xatirimdədir hələ 1992-ci ilin oktyabrında Azərbaycanın “91 nəfər” ziyalısı ümummilliliderə hakimiyyətə qayıdışı üçün müraciət etdilər. Nəhayət 1993-cü il iyun ayının 9-da ulu öndər, qədirbilən xalqının və dövlətinin xilaskarı ulu öndər Heydər Əliyev xalqın və ölkənin hakim dairələrinin təkidli dəvətini qəbul etdi və paytaxt Bakıya gəldi.Qurtuluş və xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər, Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükəyə atdı və Gəncə şəhərinə yollandı, bölgədə davam edən qiyamın, xaosun qarşısını böyük inamla və qətiyyətlə aldı. Artıq Azərbaycan-da böyükdən-kiçiyə hər kəs arxayın idi və bilirdi ki, ulu öndər qlobal düşüncəli,geniş dünyagörüşlü nəhəng siyasətçidir və məsələlərə qısa müddətdə hakim olacaq, xalqı vəziyyətdən,ölkəni parçalanmaqdan xilas edəcəkdir.O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edir di.Qeyd edərdim ki, ümummillilider dünyada, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin,ölçülüb-biçilmiş fəaliyyətin əsl ustadı idi.Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu bir daha göstərdi və təsdiq etmişdir.Beləliklə ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkil də sürətləndi.Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, başıpozuq qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmiş, respublikaın sosial-iqtisadi yüksəlişinə yol açan ən əsası isə xalqımızın və ölkəmizin ən qiymətli sərvəti olan ictimai-siyasi sabitliyi bərqərar etmişdir.Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur.Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün Ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Beləliklə Ümummilli lideri Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Dahi insan,XX əcrin fenomen insanı Heydər Əliyev təkcə gələcəyi görmür, həm də onu yaradırdı.Deyərdim ki,bu dahi insan sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə çağırırdı.Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan əmin əllərdədir və Ulu öndərin ideyalarını rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.Bütün bunlar qəti əminlik yaradır ki,nə qədər Azərbaycan xalqı və dövləti var, dünya miqyaslı böyük tarixi şəxsiyyət xilaskar Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanlar-ın qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.Fikrimi yekunlaşdıraraq, qeyd etmək istəyirəm ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür.Hər ötən il bu dühanı,Heydər Əliyev böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır.Zamanla qədirbilən Xalqımız dahi insan, xalqının və dövlətinin xilaskarı, qurucusu Heydər Əliyevin siyasi fəaliyyətinə daha böyük qiymət verəcək və yeni məna qazandıracaqdır. Onun xalqına, müstəqil AZƏRBAYCANA çox möhkəm bağlı olduğunu daha aydın görəcəklər.Sonda Sonda bir daha xüsusi olaraq qeyd etmək istəyirəm, “Mən fəxr edirəm ki, müstəqil və müasir Azərbaycan mənim idealımın şah əsəridir”. Bu əsəri isə hazırda onun layiqli davamçısı, MüzəffərAli Baş Komandan, Prezident İlham Əliyev şanlı səhifələrlə yazır.Böyük və ağır çətinliklərdən,sınaqdan çıxan müstəqil Azərbaycanın Qurtuluş yolunu müəyyən edən və bu yolun memarı Ulu öndər Heydər Əlirza oğlu Əliyev idi.
Vüqar Məmmədov,
YAP Saatlı rayon təşkilatı 15 saylı ƏPT-nın sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025