Mobil versiya
Niyazi Bayramov: "3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günüdür"
Tarix: 03-10-2023 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Niyazi Bayramov: "3 oktyabr 1993-cü il – ölkəmizin tarixində dönüş günüdür"

"3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlərdən biridir. Məhz bu tarixdə keçirilən prezident seçkiləri və onun nəticələri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun başlanğıcı olub. Həmin gün xalqımız böyük səs çoxluğu ilə öz seçimini edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi Prezident seçib. Məhz həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulub".

aia.az xəbər verir ki, bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib.

İcra başçısının sözlərinə görə, dövlətə və xalqa sədaqət andı içən Ümummilli Lider Heydər Əliyev, həyatının sonuna qədər bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edib və son nəfəsinə qədər andına sadiq qalıb.
"Ulu Öndər Heydər Əliyev ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi islahatlar aparılmağa başlanıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.
Ulu Öndər Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etdi, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Məhz Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Bu gün Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025