Mobil versiya
İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma
Tarix: 03-10-2023 | Saat: 09:49
Bölmə:Özəl | çapa göndər

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün ölkəmizdə prioritet istiqamət olan dayanıqlı şəhərsalma

Azərbaycan Respublikasının silahlı qüvvələrinin 30 illik işğaldan azad edilən Zəngilanda bu ilin sentyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) sentyabrın 30-da Bakıda keçirilən sessiyaları ilə paralel Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib. Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi xidmət edəcək. Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaqdır. “Davamlı urbanizasiya vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün regional çağırışlar və əməkdaşlıq imkanları” adlı dəyirmi masada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Türk Dövlətləri Təşkilatının Baş katiblərinin iştirakı bu görüşün işğaldan azad edilmiş ərazilərdə inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Görüş zamanı çıxışlarda regional səviyyədə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çağırışlar və əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Bu forumda həmdə, iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyalar ətrafında fikir mübadiləsi aparılıb. Xüsusi qeyd etməliyəm ki, görüşdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif də iştirak edib. O, Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində baş tutan TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masasında iştirakdan məmnunluğunu bildirib və uğurlar arzulayıb. Forumda iştirak edən hər bir ölkə təmsilçisi seçdiyi mövzu ilə bağlı bir nümunə təqdim edib. Mövzu ətrafında davamlı inkişaf üçün regional tərəfdaşlıqların təşviqi məsələləri müzakirə edilib.Qeyd etməliyəm ki, dəyirmi masada regional nəqliyyat qovşaqlarının və dəhlizlərinin təşviqi yolu ilə əlaqələrin bərpası və türk dövlətlərinin iqtisadi potensialının tətbiqi, o cümlədən şəhərlərin təkmilləşdirilməsi üzrə birgə layihələrin maliyyə imkanlarının araşdırılması, regional əməkdaşlıq vasitəsilə şəhərlərin iqlim dəyişikliyinə və risklərin azaldılmasına adaptasiyası, multimodal dayanıqlı şəhər hərəkətliliyində dövlət-özəl tərəfdaşlığı, çirklənmiş sənaye ərazilərinin və torpaq sahələrinin innovativ bərpasına ortaq investisiyaların yatırılması kimi məsələlər müzakirə mövzusu olub. Yekun olaraq foruma qatılan ölkələr arasında gələcək əməkdaşlıq və tərəfdaşlıq üçün niyyət planıda hazırlanıb. Beləliklə, İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə - davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı. 20 oktyabr tarixi Azərbaycan xalqı üçün ən əsasıda Zəngilanlıların mühüm əlamətdar gündür. Üç il əvvəl Azərbaycanın Müzəffər Ordusu tərəfindən Zəngilan erməni işğalından azad olunub. İki ildən sonra məhz həmin tarixdə Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Prezident İlham Əliyev Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib. Açılışda Türkiyə dövlət başçısının iştirakı ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” müdrik kəlamların real həyatda öz əksinin tapdı. Qeyd edək ki, Zəngilan aeroportu işğaldan azad edilmiş ərazilərdə son iki ildə açılan ikinci limandır. Zəngilan beynəlxalq hava limanlarının siyasi, iqtisadi və hərbi əhəmiyyəti çox böyükdür. Siyasi əhəmiyyəti, ilk növbədə, Türkiyənin yanımızda olmasıdır. Şübhəsiz ki, son iki ildə işğaldan azad olunmuş torpaqlarda görülən işlər buraya əsl sakinlərinin qayıtmasına vəsilə olub. Ona görə ki, ermənilər torpaqlarımızı işğal altında saxladıqları 30 ildə daşı-daş üstə qoymayıb, ancaq dağıtmaqla məşğul olublar. Çünki işğal etdikləri torpaqların Azərbaycana məxsus olduğunu və nə vaxtsa geri alınacağını yaxşı bilirdilər.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025