Mobil versiya
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir
Tarix: 02-10-2023 | Saat: 12:35
Bölmə:Özəl | çapa göndər

Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir

Türkiyə ilə Azərbaycan qardaşlığı əsrlərin sınağından çıxaraq daha da möhkəmlənir, türk dünyasının birlik və həmrəyliyində əhəmiyyətli rol oynayır.Yeni mərhələ Azərbaycan və Türkiyənin lokal, regional və beynəlxalq səviyyədə yürüdülən siyasi xətdə qarşılıqlı maraqların nəzərə almasını tələb edir. Bunun nəticəsində iki qardaş ölkə zaman-zaman gözlənilən istənilən təklükələrə birlikdə qarşı sinə gərəcəklər. Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü iki dost, qardaş, müttəfiq ölkənin birliyinin, həmrəyliyinin növbəti təqdimatı oldu. Dünya bu birliyin sarsılmazlığının, daha da möhkəmləndiyinin şahidinə çevrildi. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. "Bir millət, iki dövlət" şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycan-Türkiyə qardaşlığına bələdçilik edir. Sevincli, kədərli anlarda daim biri-birinə dəstək olan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir.  Dövlət başçısı İlham Əliyevin bu fikirlərin davamı olaraq daim səsləndirdiyi “Biz hər zaman bir-birimizin yanında olmuşuq.

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü və bəyanatları beynəlxalq aləmə növbəti birlik və qardaşlıq çağırışı idi. Prezident İlham Əliyevin bəyanatında Şuşa Bəyannaməsinə toxunaraq əlaqələrin ən yüksək zirvədə olduğunu deyib: "Şuşa şəhərində imzalanmış müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən önəmli sənədddir.Səfər çərcivəsində Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan bu sənədlərdən Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” xüsusi diqqət çəkdi. Dövlət başçısı İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişinin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisə olduğu, əlaqələrimizə yeni təkan verəcəyi, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin ediləcəyi diqqətə çatdırıldı.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərindən bəhs etdi və qardaş ölkənin dəstəyini xüsusi vurğuladı: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır”. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvandan bir daha bəyan etdi ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. Hər iki dövlətin əlaqələrinin nəinki ildən-ilə, aydan-aya daha da möhkəmlənməsi regionda birlik və güc amili yaradır. Bu, eyni zamanda beynəlxalq üçün birlik dostluq və qardaşlıq nümunəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025