Mobil versiya
Bakı şəhəri üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib -Fotolar
Tarix: 29-09-2023 | Saat: 19:45
Bölmə:Cəmiyyət | çapa göndər

Bakı şəhəri üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib

Bakı şəhəri üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib (FOTOLAR)

"Ağacların quruması və qəzalı vəziyyətə düşməsi qısa müddətdə baş vermir"
Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə olub. Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə Bakı şəhəri üzrə Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Səbail rayonlarının ərazisində olan müxtəlif ünvanlar üzrə qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı müraciətlərə baxılıb.
Ekoloqların, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, mövcud yaşıllıqların qorunması məsələsi təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqaməti deyil, buna görə icra hakimiyyətləri, o cümlədən bələdiyyələrin də üzərinə vəzifə düşür. Bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər. Təbii ki, ağacların quruması və qəzalı vəziyyətə düşməsi iqlim amilləri ilə də bağlı ola bilər. Bu zaman həmin qəzalı ağacların götürülməsi üçün vaxtında Agentliyə müraciət edilməli, müsbət rəy verildikdən dərhal sonra proses qısa müddətdə icra olunmalıdır. Həmçinin qanunvericiliyə əsasən, götürülən ağacların yerində yeni tinglər əkilməli, verilən rəydəki öhdəliklərin hər biri yerinə yetirilməlidir.
"Agentliyə daxil olan hər bir müraciət ciddi araşdırıldıqdan sonra müsbət və ya mənfi rəy verilir. Bəzən ağacın götürülməsinə müsbət rəy verilsə də, prosesin gecikdirilməsi halları qeydə alınır. Ya mütəxəssislərimiz monitorinq apararaq bunu aşkarlayırlar, ya da bu, hansısa xoşagəlməz hallar baş verdikdən sonra üzə çıxır. Həmçinin, götürülən ağacların yerinə yenilərinin əkilməməsi halları ilə də qarşılaşırıq. Yəni, rəy veririksə, o demək deyil ki, nəzarət bitmiş sayılır. Proses nəzarətdə saxlanılır, öhdəlikləri yerinə yetirməyənlər isə cəzalandırılırlar", - deyə M.Qənbərov qeyd edib.
Tədbirdə iştirak edən ekoloqlar və QHT nümayəndələri də bildirblər ki, yaşıllıq mülkiyyətçiləri üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək, vaxtında monitorinq və qiymətləndirilmə aparsalar, düzgün aqrotexniki qulluq göstərsələr, yeni-yeni yaşıllıqlar salsalar, ağacların kütləvi surətdə quruması, qəzalı vəziyyətə düşməsi problemləri azalar, bununla da ekologiyamıza böyük töhfələr vermiş olarlar.
Görüşdə Mərdəkan qəsəbəsi, Xəzər Tibb Mərkəzinin həyətində 36 ədəd qurumuş ağacın, Binəqədi rayonunun S.S.Axundov küçəsi, bina 4A, A.Kunanbayev küçəsi bina 11B, 7-ci mikrorayon., 3123-cü məhəllə ünvanı, "Bolluq” İK-nın inşa etdiyi yaşayış binasının həyətində ümumilikdə 10 ədəd müxtəlif cinsli qurumuş ağacların, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 20 yanvar küçəsi, 1 saylı qəbiristanlığın hasarı boyunca 11 ədəd müxtəlif cinsli qurumuş ağacların, Suraxanı rayonunun Əmircan qəsəbəsi Malik Mustafayev küçəsi, ev 8/6 ünvanında isə 1 ədəd qurumuş şam ağacının, Səbail rayonu, Badamdar qəsəbəsi S.Məmmədov küçəsi ev 11, mənzil 11 ünvanında 1 ədəd qəzalı ağacın, Səbail rayonu Parlament prospekti 76 ünvanı, Mərkəzi Klinikanın kompleksinin ərazisində 51 ədəd qurumuş şam və 1 ədəd qurumuş sərv ağaclarının, həmçinin Bayıl yamacının cənub hissəsində 100-dən çox qurumuş ağacın götürülməsinin, xəstəliyə yoluxmuş ağacların isə xüsusi qaydada utilizasiyası, yerinin dərmanlanmasının vacibliyi diqqətə çatdırlılıb.
Bakı şəhəri üzrə 200-dən artıq qurumuş və qəzalı ağacın götürülməsinə dair ictimai dinləmə keçirilib (FOTOLAR)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024