Mobil versiya
“ YAP Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir”
Tarix: 28-09-2023 | Saat: 16:52
Bölmə:Özəl | çapa göndər

“ YAP  Azərbaycanın tərəqqisində  mühüm  rol oynayan aparıcı qüvvədir”

YAP Lənkəran rayon təşkilatının sədri İ. Əmənullayev növbəti görüşü Şilavar və Havzava kəndlərində partiya fəalları ilə olub. Görüşə eyni zamanda müharibə iştirakçıları, kəndin ağsaqqalları və ziyalılar da qatılıblar.
Təşkilatın sədri İ. Əmənullayev çıxış edərək bildirib:- Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyən edilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub.
Natiq çıxışına onu da əlavə edib ki, Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. 6 siyasi partiyanın YAP-a qoşulması isə ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti Yeni Azərbaycan Partiyasının nüfuzunun və gücünün, onun ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməs, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermiş dövlət xadimidir.
Sonda Yeni Azərbaycan Partiyasının VII Qurultayı çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin hakim partiyası olduğunu bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir iştirakçıları tərəfindən irəli sürülən təklif və problemlər qeydə alınıb, partiya üzvlərini düşündürən suallara İ. Əmənullayev ətraflı cavab verib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025