Mobil versiya
Azərbaycan öz suverenliyini tam təmin etmişdir
Tarix: 28-09-2023 | Saat: 12:59
Bölmə:Özəl | çapa göndər

Azərbaycan öz suverenliyini tam təmin etmişdir

Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, heç bir qüvvə Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzularını söndürə bilməmiş, şərait, imkan yetişən kimi xalqımız müstəqillik ideallarını gerçəyə çevirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün öz müstəqil dövlətinə sahibdir və dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir.İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycanının qazandığı qələbə Ermənistanın məğlubiyyəti ilə nəticələndi və Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdı.Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il noyabr tarixində dövlətlər arasında üçtərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü maddəsində deyilirdi ki, qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib, Azərbaycan ərazisini tərk edəcəklər.Lakin, Ermənistan hakimiyyəti üstündən 3 il vaxt keçməsinə baxmayaraq, məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata keçirdi və beləliklə, sazişin maddələrinə riayət etmədi. Nəticədə, Azərbaycan ərazilərini minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar top və artilleriya qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə minalar basdırdılar.
Sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.24 saat vaxt yetdi ki, hərbi-kriminal xunta, nəhayət, otuz ildən çoxdur sürən yuxudan ayılsın.İkinci Qarabağ Müharibəsində olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən mövqelərinin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan əsgəri öz gücünü, mübarizliyini, cəsurluğunu göstərərək qısa zaman ərzində hərbi uğurlar əldə etdi. Ermənistan ordusunun böyük hissəsi məhv edildi, hərdi texnikalar sıradan çıxarıldı. Əlbəttəki, Prezident cənab İlham Əliyevin humanist siyasətindən, insan faktorunu üstun tutlmasından irəli gələrək antiterror əməliyyatı zamanı mülki əhaliyə toxunulmamış, onların təhlükəsizliyi qorunmuşdur. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır.Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev antiterror tədbirləri haqqında xalqa müraciətində işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinin aparılacağını və eyni şəraitin Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradılacağını qeyd etmişdir.
Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də Naxçıvanda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarında qeyd etdilərki :“Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”.Dövlət başçıları bu fikirləri ilə uğurların təqdimatını birgə etdilər. Azərbaycan hər zaman öz Konstitusiyasına, qanunlarına, qoşulduğu konvensiyalara, beynəlxalq hüquq norma və prinsiplərinə əməl edir və bütün dünya bir daha şahid olur ki, ölkəmizin niyyəti sülh və təhlükəsizliyin bərqərar olmasıdır.Bu gün ölkəmizin hər bir vətəndaşı qürurla deyə bilər ki, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir!

Aysel Əsədova,
Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri, YAP fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025