Azərbaycan-Türkiyə əməkdaşlığı regiona əmin-amanlıq və rifah gətirir
Tarix: 28-09-2023 | Saat: 12:57
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və Türkiyənin milli tarixlərində olan bütün nüanslar ortaqdır. Bu həqiqəti iki qardaş xalqın ortaq dəyərləri və maraqları təsdiq edir. Dəyərlər və maraqlar elə bir kompleks anlayışdır ki, onlar bir-birindən aralı olduqda inkişaf dinamikasında müəyyən axsamalar ortaya çıxır. Ortaq maraqları isə liderlərin qətiyyətli mövqeyi və siyasi iradə müəyyən edib təminat altına alır. Prezident İlham Əliyevin dediyi kimi dünyada nəinki qardaş, eynisoylu xalqlar və ölkələr var ki, münasibətləri heç də ürəkaçan deyil. Azərbaycan Respublikası isə dövlət müstəqilliyinin bərpasından ötən 32 ildə böyük bir inkişaf yolu keçərək qardaş Türkiyə Respublikası ilə müttəfiqlik səviyyəsinə çatıb.
Heç zaman unutmayacağımız bir həqiqət var: təcavüzkar Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti ilə ölkənin yenidən xanlıqlara parçalanacağı şayiələrinin kabusa çevrildiyi bir dövrdə qardaş Türkiyə ilə diplomatik münasibətlərin formalaşması Azərbaycan xalqının qəlbində ümid və inam alovlandırdı. Milli və dini birlik, ortaq dəyərlər, tarixi acılar və milli maraqlar fundamental layihələrin ortaya çıxması üçün əsaslı zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin dühası ilə həyata vəsiqə qazanan inkişaf strategiyası Azərbaycan və Türkiyənin ortaq milli dəyərinə çevrildi. Həyata keçirilən beynəlxalq statuslu layihələr əsasında birgə inkişaf və ortaq güc təmin olundu. Bütün sahələrində “Bir millət, iki dövlət” anlayışı ilə ortaq inkişaf strategiyasına sahib olan Azərbaycan və Türkiyə qardaşlığı təkcə Qafqaz və Anadolu bölgəsi üçün deyil, Avrasiya coğrafiyasının əhəmiyyətli hissəsinə sülh, sabitlik və inkişaf və tərəqqi vəd edir.
Bəli, bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. İki qardaş ölkə arasında əlaqələr bütün sahələr üzrə davamlı olaraq inkişaf etməkdədir. Qonşu dövlətlər arasında münasibətlərin inkişaf səviyyəsi regionun siyasi sabitliyinə, hərbi təhlükəsizliyinə təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan, dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpasına mühüm töhfədir.
Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi müstəvidə uğurla inkişaf edir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir. Bu baxımdan sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində səmərəli regional layihələrə ölkə başçımızla birgə start verməsi olduqca əlamətdar idi. İki qardaş ölkənin prezidentləri bir daha Naxçıvandan dünyaya qardaşlığın, dostluğun əsl modelini təqdim etdilər. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin görüşü, imzalanan sənədlər, müzakirə olunan məsələlər, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar iki dost ölkənin münasibətlərinin dünəninə, bu gününə və sabahına bir daha işıq saldı.
Türkiyə Prezidentinin dövlət başçısı İlham Əliyevə müraciətlərində «qardaşım» ifadəsinə xüsusi önəm verməsi səmimiyyətin göstəricisi olmaqla yanaşı, iki dost ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında liderlərin şəxsi münasibətlərinin əhəmiyyətli rol oynadığını təsdiqləyir. «İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir» çağırışı Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Zəfərimizdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayır.
Naxçıvan səfəri mühüm məqamlarla yadda qaldı. Prezidentlərin iştirakı ilə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq.
Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Əminliklə deyə bilərik ki, xalqlarımızın böyük qürur duyduqları Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.
Aqşin Babayev
YAP Salyan rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025