Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirilib -Fotolar
Tarix: 27-09-2023 | Saat: 18:10
Bölmə:Özəl | çapa göndər

Gəncədə 27 sentyabr Anım Günü Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
aia.az-ın məlumatına görə, şəhərin müxtəlif küçə və prospektlərində quraşdırılan monitorda Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanlar haqqında məlumatların yer aldığı video-slayd nümayiş olunub. Şəhidlər xiyabanında yerləşən "Əbədi Məşəl" abidəsinin önünə güllərdən hazırlanmış “Dəmir yumruq” və “Xarı bülbül” kompozisiyaları qoyulub.
Anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının general-mayoru Vasif Kazımov, Quru Qoşunlarının general-mayoru İslam Əmirağayev, Türkiyənin Gəncədəki Baş konsulu, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının nümayəndəsi, Rus Pravoslav Kilsəsinin Baş keşişi, Gəncədəki Yahudi Dini İcmasının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncənin Şəhidlər xiyabanında gerçəkləşən tədbirdə öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət olunub, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov və general-mayor Vasif Kazımov “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, mindən çox əsgər yaralanıb, 7 nəfər itkin düşüb. Gəncə şəhəri Vətən müharibəsi dövründə isə 96-sı hərbi, 26-sı mülki olmaqla, 122 şəhid verib.
O da qeyd olunub ki, 2023-cü il sentyabr ayının 19-da Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı 23 saat 43 dəqiqə çəkib. Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa məcbur olublar. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini bərpa edib.
Mərasimdə çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, həmçinin cəmi bir gün davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı şanlı tarix yazan oğullarımızla hər kəsin qürür duyduğu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd ediblər.
Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəbdən qələbəyə” adlı yürüş təşkil olunub.
Daha sonra rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərdə olublar. Burada həmin gecə dünyasını dəyişən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər, din xadimləri tərəfindən ruhlarına dualar oxunub.
Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirsinə Heydər Əliyev adına Park Kopmleksində ağacəkmə aksiyası baş tutub. Ağacəkmə aksiyasında Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan ağaclar əkilib.
Qeyd edək ki, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri kollektivləri ilə birgə gün ərzində Şəhidlər Xiyabanını və Qələbə parkını ziyarət ediblər.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025