Azərbaycan-Türkiyə əlaqələrinin yeni inkişaf xətti
Tarix: 27-09-2023 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər
Cari ilin sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfəri baş tutdu. Bu rəsmi səfər Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin yeni müstəvidə inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin daha da genişşaxəli inkişafı hər iki ölkə üçün proritet məsələlərdən hesab olunur. Qeyd etməliyəm ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana ikinci səfəridir və bu səfərlər zamanı imzalanmış mühüm sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. Sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlarda qeyd edildiyi kimi , həm ölkələrimizin qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir, həmdə ən əsası 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılmış hissəsi olan Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməkdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi ölkələrimizin ticari-iqtisadi əlaqələrinə yeni nəfəs verəcək.
Azərbaycanın qədim diyarlarından olan Naxçıvan daim ermənilərin ərazi iddialarına və şiddətli hücumlarına məruz qalmışdır. Məhz o zaman Azərbaycanın ümummili lideri Heydər Əliyev Naxçıvana rəhbərlik edirdi. Ulu öndərin rəhbərlik etdiyi bütün dövrlərdə Naxçıvan erməni hərbi birləşmələrindən ibarət qoşunlarından qoruya bildi. Faktiki olaraq mühasirədə olan Naxçıvan, düşmən tərəfindən bütün elektrik və qaz xətləri kəsilərək Naxçıvanı işıqsız və qazsız saxladı. Nəzərə alsaq ki Naxşıvan çox soyuq keçməsi hamıya agahdı. Qazsız blokada da Naxçıvan düz 15 il yaşamışdır. Əlbətdə ki 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış qarşılıqlı razılaşmaya görə, nəhayət ki, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. Azərbaycan-Türkiyənin birgə layihəsi olan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi mühüm alternativ rol oynayacaq və ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsini təmin edəcək.
Sevindirici haldır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri bir neçə gün öncə bundan əvvəl cəmi bir gün çəkən daha doğrusu 23 saat 43 dəqiqə ərzində Azərbaycanın Qarabağ ərazisində yerləşən erməni separatçı güvvələrinin tam məhvi və ağ bayraq qaldırması ilə nəticələnən lokal antiterror tədbirlərindən sonra baş tutdu. Bu bir daha Türkiyənin Azərbaycanın daim yanında olmasının və qardaşlığının bariz nümunəsinin göstəricidir. Bu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan çıxışında xüsusi qeyd edərək bunları demişdir : Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.
Azərbaycan - Türkiyə qardaşlığı əbədidir bu münasibətlərin və əlaqələrin inkişafı üçün bütün lazımı addımlar atılması zəruridir. Türkiyə daim Azərbaycanın yanında olduğu kimi Azərbaycanda Türkiyənin əbədi yanındadır.
Fərid MUSTAFAYEV,
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025