YAP Şirvan şəhər təşkilatı partiya fəalları ilə görüş keçirib -Fotolar
Tarix: 26-09-2023 | Saat: 15:40
Bölmə:Özəl | çapa göndər
aia.az xəbər verir ki, 26 sentyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı partiya fəalları ilə görüşlərin keçirilməsi üçün tərtib edilmiş qrafikə uyğun olaraq Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsi 1 ünvanında partiya fəalları və həmin ərazidə yaşayan sakinlərlə görüş keçirilmişdir.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırdı və bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu önə çəkərək, Azərbaycanın regionda güc mərkəzinə çevrildiyini qeyd etdi. YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən, 2023-cü il 19 sentyabr tarixində anti-terror tədbirlərinə başlanılması və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərin nəzarətə götürülərək Qarabağdakı qondarma rejimin ağ bayraq qaldıraraq təslim olmasından bəhs etdi.
Daha sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhərmanov 25 sentyabr İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması haqqında məlumat verərək, bu addımın dostluq münasibətlərinin daha da dərinləşməsinə səbəb olacağını, Azərbaycan və Türkiyənin regionda sülhün qarantı olmasını vurğuladı.
Görüş iştirakçıları çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, göstərilən yüksək diqqət və qayğıya görə partiyamızın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025