Mobil versiya
“Açıq mikrofon”a təşrif buyuranlar Məşrif kəndinin sakinləri oldu -Fotolar
Tarix: 26-09-2023 | Saat: 15:04
Bölmə:Seçki 2024 | çapa göndər

“Açıq mikrofon”a təşrif buyuranlar Məşrif kəndinin sakinləri oldu

Siyəzən rayonunun Məşrif kəndində keçirilən “Açıq mikrofon” aksiyasına 10-a yaxın sakin qatılıb.

aia.az xəbər verir ki, mikrofon önündə isə cəmi 5 abonent müraciətini ünvanlayıb. Müraciətlərə gəlincə isə, bunlar bəzi hallarda qazın təzyiqinin aşağı olması, debitor borcun araşdırılması və fərdi yaşayış evinin qazlaşdırılması kimi məsələlərlə əlaqədar olub. Sonuncu müraciətlə bağlı vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə