Mobil versiya
“AzerGold” QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir  
Tarix: 22-09-2023 | Saat: 17:33
Bölmə:İqtisadiyyat | çapa göndər

“AzerGold” QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir  
 
Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir.

aia.az xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızılın hasilatı, 23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5%, qızıl ixracı planı isə 3% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə 4.4% daha artıq hədəfdir.
Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri


2022-ci il
2023-cü il
Ötən ilin ilk 8 ayı ilə müqayisə
Cari ilin ilk 8 aylıq planı ilə müqayisə

Qızıl hasilatı
36,864 Oz
28,132 Oz
24%↓
0.5%↑

Gümüş hasilatı
127,829 Oz
79,934 Oz
37%↓
49.6%↑

Qızıl ixracı
33,160 Oz
23,122 Oz
30%↓
3%↑

Gümüş ixracı
110,885 Oz
61,541 Oz
45%↓
39%↑

Qızılın ixrac dəyəri
103,969,527 AZN
76,538,340 AZN
26%↓
25%↑

Gümüşün ixrac dəyəri
4,108,106 AZN
2,504,725 AZN
39%↓
85%↑

Cəmi ixrac gəliri
108,077,634 AZN
79,043,065 AZN
27%↓
26%↑


2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları


2022-ci il
2023-cü il
Ötən ilin ilk 8 ayı ilə müqayisə

Qızılın daxili satışı
1,929 Oz
3,938 Oz
104%↑

Gümüşün daxili satışı
7,141 Oz
23,518 Oz
229%↑

Qızılın daxili satış dəyəri
6,662,791 AZN
13,461,556 AZN
102%↑

Gümüşün daxili satış dəyəri
303,934 AZN
981,732 AZN
223%↑

Daxili satış üzrə cəmi gəlir
6,966,725 AZN
14,443,288 AZN
107%↑






2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri


2022-ci il
2023-cü il
Ötən ilin ilk 8 ayı ilə müqayisə

Qızılın cəmi satış gəliri
110,632,318 AZN
89,999,896 AZN
19%↓

Gümüşün cəmi satış gəliri
4,412,041 AZN
3,486,456 AZN
21%↓

Cəmi gəlir
115,044,359 AZN
93,486,352 AZN
19%↓


Qeyd edək ki, 1 sentyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.
Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024